Bill Gates gələcəyin 3 əsas peşəsini açıqlayıb

26-12-2016 / 11:30

Gələcəkdə hansı sahədə özünüzə  peşə seçmək mövzusunda hələ də qərar verməyibsinizsə, Bill Gates Sizə bu istiqamətdə yol göstərə bilər.

Xeberler.az məlumat verir ki, iş dünyasında ən çox istifadə edilən sosial media platforması LinkedIn-in rəhbəri Daniel Roth Microsoft-un qurucusu və texnologiya sektorunun ən əhəmiyyətli adlarından olan Bill Gates ilə müsahibə edib.

Ekoloji təmiz və ucuz bərpa olunan enerji mənbələrinin işlənməsi üzrə layihələrə təqribən 1 milyard dollarlıq fond ayırdığını elan edən və  son zamanlarda xüsusilə bu mövzu üzərində  işləyən  Gates Amazon CEO-su Jeff Bezos, Alibaba qurucusu Jack Ma kimi məşhur sərmayəçiləri da bu işdə öz yanına alıb.  Belə ki, onlar ümumi aktivləri 170 milyard dollar olan üzvlərdən ibarət olan bir birlik də qurub.

Müsahibədə həm bu mövzulardan, həm də Donald Trump-ın  prezidentliyi ilə bağlı fikirlərini bilidrən Gates gələcəkdə ən çox tələb olunacaq  peşələri  də açıqlayıb.

"Mütləq kod yazmağınız  lazım deyil, amma mühəndislərin nələri bacarıb, bacarmadığını anlamaq  lazımdır. Gələcəkdə karyerasını yaxşı qurmaq istəyənlər üçün ən vacib sahələr elm və texnologiya, riyaziyyat və iqtisadiyyatdır”.

 

Günel

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.