Gates xəbərdarlıq etdi: “Bitcoin ölümlərə səbəb olur”

28-02-2018 / 15:34

Microsoft-un qurucusu Bill Gates ilk dəfə olaraq kriptovalyuta ilə bağlı fikirlərini bölüşüb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Reddit istifadəçilərinin suallarına cavablayan milyarder xeyriyyəçi kriptovalyutaların ən böyük özəlliyinin gizli olduğunu deyib.

Gates hesab edir ki, bu, yaxşı xüsusiyyət deyil.

Texnologiya nəhəngi bildirib ki, kripto pulların təmin etdiyi gizlilik və anonimlik vergidən yayınma və terrorizmə dəstək kimi cinayətlərə yol aça bilər.

Gates kriptovalyutanın birbaşa ölümlərə yol açdığını deyib. Onun sözlərinə görə, internetdə bu pulların qarşılığında narkotik satılır:

“İnsanlar kriptovalyutadan istifadə edərək narkotik alır. Bu baxımdan, kripto pul birbaşa ölümlərə səbəb olan nadir texnologiyalardan biridir".

Bill həmçinin kripto pul bazarların spekulyativ strukturlarının investorlar üçün olduqca riskli olduğunu qeyd edib.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə