“Robotlar da insanlar kimi vergi ödəməlidir”

20-02-2017 / 14:19

Məlum olduğu kimi, artıq insanların bir çox sahələrdə gördükləri işi robotlar da görə bilir. Hər gün inkişaf etdirilən robotların bacardıqları işlərin sayı artır.

Jurnalistlər Microsoft-un qurucusu Bill Gates-ə robotlarla bağlı sual verib.

Bill Gates də suala maraqlı cavab verib və bu yanaşmasını əsaslandırıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, "Robot vergisi" haqqında Quartz-a  müsahibə verən Bill Gates-ə belə bir sual ünvanlanıb:

“Hansısa fabrikdə çalışan bir insan 50 min dollarlıq iş görəndə qazandığı gəlirə görə vergi ödəyir. Bəs yaxşı, eyni iş bir robot tərəfindən ediləndə də vergi ödənməlidir?”.

 Bill Gates isə bu sual “bəli “ cavabını verib.

Əlbəttə Gates robotların insanlar kimi maaşla, nizamlı olaraq gəlir vergisi ödəməsini nəzərdə tutmur.

Ekspertlər hesab edir ki, bu gün robot işçilərin insanların gördüyü bir çox işi edə bilməsi müdirlər üçün xərclərə ciddi bir qənaət olsa da, hökumətlər üçün böyük bir vergi itkisiylə nəticələnəcək.

Bu vergi itkisini kompensasiya edəcək yeni bir vergi həlli təklifini müsbət dəyərləndirən Bill Gates, bununla da insanlara daha uyğun olan işlərin maliyyələşdirilməsinin daha doğru olacağını hesab edir.

Gates-ə görə, hökumətlər bir növ robot vergisi də tətbiq edə bilər. Bu vergilərdən əldə edilən gəlir isə insan əməyinə ehtiyacı olan digər işlərə xərclənə bilər. Gates bunlara yaşlı insanlara qulluq, məktəbdə oxuyan uşaqlarla məşğul olmaq kimi  fəaliyyətləri əlavə edib.

Gates robot vergisi və ya əlavə məhsul vergisi kimi yeni qaydaların istehsalçıları qorxutmayacağına da əmindir.

Bundan daha pisi isə hazırda robotların inkişafı insanların gözündə işsizlik kimi mənfi nəticələri olacaq bir yenilik kimi görünür.

Gates bu prosesin sağlam bir şəkildə davam etməsi üçün hökumətlərin streteji  bir şəkildə davranıb və ehtiyatlı olmalarını vurğulayıb.

Onun sözlərinə görə, hökumətlər öncə bunu hansı formada və necə bir proqramla edəcəklərinə əmin olmalıdır.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə