Biometrik texnologiyalar sahəsində əsas trendlər

22-02-2017 / 10:26

Cari ildə biometrik texnologiyalar və rəqəmli identifikasiya sahəsində sıçrayış olacaq.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, Acuity Market Intelligence şirkətinin tədqiqatına əsasən, məhz bu il sözügedən texnologiya istehlakçılar arasında vüsət alacaq, istehsalçılar isə onun yeni tətbiq sahələrini müəyyən edəcəklər.

Şirkətin nümayəndəsi Maksin Mostun sözlərinə görə, biometriya və rəqəmli identifikasiyanı çox vaxt təhlükəsizlik və gizliliyə təhlükə kimi qiymətləndirirlər. Lakin bu iki texnologiya birlikdə məxfilik normalarını yüksəltmək və şəxsi məlumatlara nəzarət metodlarını təkmilləşdirmək üçün böyük potensiala malikdir.

Most iddia edir ki, 2017-ci il dönüş nöqtəsi olacaq – biometriyada bulud texnologiyaları, maliyyə texnologiyaları sahəsində mobil qeydiyyat məlumatları və innovasiyaların təhlükəsizliyi lazımi təhlükəsizlik səviyyəsini və şəxsi identifikasiya edən məlumatlar üzərində nəzarəti təmin edəcək.

Acuity Market Intelligence 2017-ci ildə biometrik texnologiyaların və rəqəmli identifikasiyanın inkişaf tendensiyalarını təqdim edib:

Smartfonlarda biometriya və bununla bağlı məxfilik məsələlərinə xüsusi diqqət yetiriləcək.

Smartfonlarda gözün qüzehi qişasının tanınması texnologiyası istehlakçılar üçün maddi baxımdan əlçatanlığı ilə əlaqədar olaraq kütləviləşəcək.

Əşyaların İnterneti çərçivəsində şəxsi identifikasiya edən informasiyanın təhlükəsizliyi ilə bağlı məsələlər şirkət rəhbərləri üçün aktual olacaq.

Bulud biometriyası qlobal rəqəmli ödənişlər və ticarət platformalarının infrastrukturunun ayrılmaz tərkib hissəsi olacaq.

Rəqəmli identiklik, smartfonlar, mobil və stasionar smart qurğular arasındakı əlaqələr kommersiyalaşdırılacaq.

Rəqəmli identifikasiya üçün kommersiyalaşdırmanın yeni modelləri meydana çıxacaq ki, bu da ticarət müəssisələrinin nüfuzunu istehlakçıların xeyrinə yüksəldəcək.

Təhlükəsiz mobil qeydiyyat məlumatları sınaq mərhələsindən tammiqyaslı tətbiqə keçərək infrastrukturun inkişafına imkan yaradacaq.

Biometrik texnologiyaların gələcək inkişafı bir çox halda Bankinq, maliyyə xidmətləri və sığorta (Banking, Financial services and Insurance – BFSI) sektoru ilə şərtlənəcək.

Sənayelərdə sabitləşmiş qaydalara təhlükə yaradacaq çoxsaylı novatorlar meydana çıxacaq.

Biometriya və rəqəmli identifikasiyaya sosial bərabərliyi bərqərar etmək, şəxsi kapitalın mövcudluğunu və məxfi informasiyanın mühafizəsini təmin etmək üsulları kimi baxılacaq.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.