Previous Next
Bağla

İnsanlar uzaq məsafədən gözün qüzehli qişasına görə identifikasiya ediləcək

29-05-2015 10:38
İnsanlar uzaq məsafədən gözün qüzehli qişasına görə identifikasiya ediləcək

Biometrik texnologiyalar inkişaf dövrünü yaşayır. Barmaq izləri və ya gözün qüzehli qişası kimi elektron məlumatlar insanın şəxsiyyətini tez və yüksək dəqiqliklə identifikasiya etməyə imkan verir. Bu sahədə son nailiyyətlər gözün qüzehli qişasını 12 metrdən skan etməyə şərait yaradır.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, ABŞ-ın Karnegi Universitetinin tədqiqatçıları sürücülərin avtomobilin yan güzgüsü vasitəsilə tanınması üçün texnologiyadan istifadənin imkanlarını nümayiş etdiriblər.

Tədqiqatçılar ümid edir ki, onların hazırladığı texnologiya təhlükəsizlik məsələlərinin həllinə kömək edəcək. Biometrik identifikasiya sistemləri insanlara elektron açarlar və ya digər parollardan istifadədən imtina etməyə imkan verir.

Lakin yeni texnologiya həssas fərdi məlumatların toplanması, emalı və saxlanılması ilə əlaqədar bir sıra ciddi problemlərə malikdir. “Daily Mail” nəşrinin tədqiqatına görə, uzaq məsafəli identifikasiyanın rahatlığına baxmayaraq insanlar hazırda bu innovasiyanı qəbul etməyə hazır deyillər və biometrik qurğularla fiziki təmasa üstünlük verirlər.  

Digər əngəl ondan ibarətdir ki, videomüşahidə və təhlükəsizlik texnologiyalarına uyğunlaşma yavaş gedir. Buna səbəb isə onların cəmiyyətin gündəlik həyatına tədricən inteqrasiya olunmasıdır. Texnologiyaların həyata tələsik tətbiqi onunla nəticələnə bilər ki, onların sayı cəmiyyətin qəbul etməyə hazır olduğu saydan çox olar.    

Məsələn, biometrik texnologiyaların smartfonlarda, kompüter və ya avtomobil kimi digər gündəlik qurğularda tətbiqi insanlara onların necə faydalı olmasını və istifadəsinin sadəliyini görməyə imkan verəcək. İstifadəçi texnologiyalara alışacaq və onlardan qorxmamağa başlayacaq.

Bundan sonra insanları şəxsiyyətin uzaq məsafədən identifikasiya sistemi kimi mürəkkəb texnologiyalarla tanış etmək olar. Texnologiyadan böyük ticarət mərkəzləri və dövlət müəssisələrində geniş istifadə etmək mümkündür. Lakin əvvəlcə fərdi məlumatların və məxfi informasiyanın təhlükəsizliyinin təmini tələb olunur.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qurğular insanların gözlər üzrə tanınması texnologiyalarına tələbatı artıracaq

14-07-2015

İnsanları yerişinə görə tanıyan texnologiya

13-10-2017

Biometrik texnologiyalar sahəsində əsas trendlər

22-02-2017

Biometrik texnologiyaların tətbiqi genişlənir

28-08-2015

Beyindən internetdə hesablara giriş üçün istifadə ediləcək

15-04-2015

Biometrik informasiya haqqında Azərbaycan Respublikasının Qanunu

15-09-2008

AMEA-da Biometrik Texnologiyaların öyrənilməsi sahəsində tədqiqatlar davam edir

06-04-2009

Yeni biometrik sistem insanı bədən qoxusuna görə tanıyır

28-03-2016

Avtomobil sahəsini hansı dəyişikliklər gözləyir?

01-12-2016

Kartla ödənişdə biometrik üsuldan istifadə olunacaq

16-09-2015

Səsli biometrik axtarış sistemi Meksika hökumətinə kömək edəcək

31-03-2011

“SİMA KYC Videoyazı” həlli istifadəyə verilib

21-04-2025

Beyin siqnalları parolları əvəz edə bilər

08-06-2015

“digital.login”ə biometrik giriş açarı ilə daxil olmaq mümkündür

05-06-2025

Biometrik sistemlərin yaradılması üçün görülən işlər nə yerdədir?

24-06-2010

Barmaq izi ödəniş kartlarını əvəz edəcək

12-11-2015

Banklar gələcəyi biometrik texnologiyalarda görür

06-07-2015

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə elektron sənədlər imzalanacaq

18-01-2015

Biometrik texnologiyalar sahəsində hansı ölkə liderdir?

05-04-2018

"Təhlükəsiz Şəhər" sistemi cinayətkarlıqla mübarizə apara bilirmi?

29-03-2023

Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

29-07-2015

Bankomatlar üçün yeni kiber təhlükə

20-10-2016

Oyuncaqları rəqəmsal dünyaya daşıyan texnologiya

12-04-2018

“Mobil İnternet fərdi kompüterlərdən istifadəni azaltmır”

01-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə