Bölgələrin e-kadastr bazasının yaradılması sürətləndiriləcək

10-03-2015 / 16:59

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə bölgələrinin elektron kadastr bazasının yaradılması üzrə işləri sürətləndirəcək.

Bunu komitənin sədr müavini Rafiq Cəlilov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilib: "Bununla əlaqədar regionların elektron kadastr bazasının yaradılması üzrə sürətləndirilmiş iş aparırıq. İşi tez bir zamanda başa çatdırmağı planlaşdırırıq".

R.Cəlilov qeyd edib ki, komitənin elektron xidmətlərindən onların tətbiq edilməsindən etibarən 179 min istifadəçi yararlanıb: "Hazırda komitə 31 elektron xidmət göstərir. Bunlardan ikisi - "Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı" və "İxtisaslaşdırılmış pul hərracı" - ilin əvvəlindən göstərilməyə başlanılıb".(trend)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.