Previous Next
Bağla

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017 11:09
Ölkədə  4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

Məlumat verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda "Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi"nin yaradılması işinə başlayıb. 

Komitədən Xeberler.az-a verilən məlumata görə,  artıq 12 rayonda - Şəki, Cəlilabad, Salyan, Göygöl, Zaqatala, Oğuz, Balakən, Ağsu, Xızı, Beyləqan, Siyəzən və Abşeron rayonlarında elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanıb.

 Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib.

Hazırda ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi, ona bitişik şəhər və qəsəbələr üzrə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir.

Qeyd edilib ki, 2017-ci ildə bütövlükdə 3 respublika tabeli  şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işi yekunlaşacaq. 14 kənd rayonunda kadastr işlərinə 1 milyon hektara yaxın ərazi, 700 minə yaxın torpaq parseli cəlb ediləcək.

2020-ci ilədək isə ölkə ərazisinin bütün torpaqlarında kəmiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur.

Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar “Samur-Abşeron suvarma sistemlərinin yenidın qurulması” layihələri çərçivəsində Xızı, Siyəzən, Şabran rayonlarında yeni suvarılacaq və su təminatı yaxşılaşdırılacaq  ərazilərin kadastr xəritələri də hazırlanıb.

Kənd təsərrüfatı istehsalatının ərazi üzrə düzgün planlaşdırılması, eroziya, sürüşmələr kimi proseslərin düzgün qiymətləndirilməsi, habelə torpaqların mənfi təsirlərdən qorunması məqsədilə ölkə ərazisinin intensiv istifadə olunan torpaqları üçün relyef xəritələri də hazırlanıb.

Ölkənin 4 milyon hektardan çox ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və relyef xəritələrinin hazırlanması işi  artıq yekunlaşıb.

Bu materiallara əsasən ölkənin 51 rayonunun müxtəlif qradasiyalı meyllik xəritələri tərtib edilib və onların 3D formatda relyef xəritələri qurulub.

Qeyd edək ki, Torpaqların Elektron Uçotu İnformasiya sistemində rəqəmsal torpaq sahələrinin həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişikliklər düzgün müəyyənləşdirilərək əks olunur.

Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması torpaqların elmi əsaslarla səmərəli istifadəsinə imkan verir. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul ediləcək.

Qeyd edilir ki, bununla da müasir bələdiyyə xəritələrinin hazırlanmasına nail olunacaq.

Layihə çərçivəsində elektron kadastr informasiya sisteminin yaradılması torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı  uyğunsuzluqları aradan qaldıracaq və çoxsaylı torpaq mübahisələrinə son qoyacaq.  Hər bir torpaq sahəsi və onun üzərindəki  daşınmaz əmlaklar barəsində dəqiq məlumatların əldə edilməsi sonradan onların qeydiyyatı prosesini sadələşdirəcək, bununla da vətəndaş məmnunluğu təmin ediləcək. 

 Onu da bildirək ki, Dövlət Komitəsi ilə Azərkosmos  ASC ilə imzalanmış memorandum çərçivəsində isə torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur.

Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı il 7 mart tarixli fərmanı ilə təsdiq edilib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018

Bakının elektron kadastr məlumat bazası yaradılıb

23-09-2015

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018

Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

22-02-2017

Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

20-04-2018

Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

12-09-2019

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018

Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

17-01-2019

Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

31-01-2019

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

27-11-2018

Torpaqların Elektron Kadastrının yaradılması üzrə tender elan edilib

17-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə