Brain Ring yarışlarının qalibi müəyyənləşdi

29-06-2018 / 17:44

Nar-ın ənənəvi olaraq dəstək verdiyi Brain Ring intellektual bilik yarışlarının on birinci mövsümü başa çatdı.

Xeberler.az bildirir ki, yarışlarda respublikanın 15 bölgəsi və 10 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparırdı.

Qeyd edək ki, 2018-ci ildə keçirilən Brain Ring intellektual yarışlarında ilk ayın qalibi Norm Sement komandası oldu. Sonrakı aylarda Göyçay komandası üç ay dalbadal qələbəyə layiq görüldü. 2014-cü ildən başlayaraq yarışlarda iştirak edən Göyçay komandası ənənəvi olaraq ilin ilk yarısında oynanılan Nar kubokunun da qalibi oldu.

Bununla bağlı, kubokun qalibi olmuş komandanın şərəfinə mobil operator tərəfindən hədiyyələrdən əlavə Göyçay şəhərində xüsusi dizayn edilmiş bilbordlar da quraşdırıldı.

Xatırladaq ki, Brain Ring intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilirdi.

Belə ki, verilişin yayımı zamanı Nar-ın Twitter hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırdılar. Brain Ring həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də Nar-dan hədiyyə qazanmaq şansı əldə etdilər.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.