Canlanan 3D heykəllər-Video

12-01-2017 / 12:58

Üçölçülü çap və müasir incəsənət bir-birini tamamlayaraq inkişaf edir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki. bir çox rəssamlar öz şah əsərlərinin yaradılmasında 3D-printerlərdən istifadə etməyə başlayıblar.

Bu rəssamlardan biri də plastik 3D-heykəlləri layihələndirən Con Edmarkdır.

Onun hazırladığı heykəllər ilk baxışda milyonlarla heykəltəraşın əsərlərindən seçilmir, lakin bu formaları xüsusi diskin üzərinə qoyaraq müəyyən sürətə qədər fırlatdıqda onlar canlanır.

3D-heykəllər xüsusi lampa ilə işıqlandırılır. İnsan gözü bu işartıları ayırd edə bilməsə də, onun beyni fırlanan obyektin təsvirlərini birləşdirərək realistik animasiyanı görür.

Fırlanma sürəti və lampanın işartısının sinxronlaşdırılması animasiyanın mükəmməl alınmasına imkan verir.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.