Rəqəmsal yazı üçün sensor kağız hazırlanıb

02-05-2018 / 14:35

Karneqi Mellon Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış, toxunuşlara qarşı həssas kağızdan sənədlərin ucuz rəqəmsallaşdırılması üçün istifadə ediləcək.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, ilk baxışda tamamilə adi görünən kağızın əks tərəfinə xüsusi material bərkidilib.

Tədqiqatçılar mümkün qədər ucuz material seçməyə çalışıblar ki, ondan kütləvi istehsalda istifadə etmək asan olsun. Onlar iki uyğun variant tapa biliblər: kağıza birləşdirilmiş nazik örtük və xüsusi mürəkkəb.

Sensor elektrik keçiriciliyinə malik kağıza bərkidilən kimi, barmaq, qələm və ya stilusun istənilən toxunuşu rəqəmsal formaya daşınır. Sensor kağızın qiyməti 0,30 dollar təşkil edir. Lakin tədqiqatçılar kütləvi istehsal başladıqda qiymətin endiriləcəyini bildiriblər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə