Dron printer təqdim edilib

06-03-2018 / 16:23

Çinin tanınmış 3D-printer istehsalçısı DediBot şirkəti TCT Asia 2018 sərgisində uçan 3D-printerin konseptini təqdim edib.

Məlumdur ki, adi yerüstü printerlərin imkanları onların ölçüləri ilə məhdudlaşır.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, Fly Elephant uçan 3D-printeri isə bu məhdudiyyətləri aradan qaldırır.

Qurğu pərləri olan 6 mühərrikdən və əridilmiş plastik kütlə, maye beton qarışığı və digər mürəkkəblərin ötürülməsi üçün nəzərdə tutulmuş çap ucluğundan ibarətdir. Çap alqoritmi uyğun proqram təminatı ilə təyin edilir.

Yaradılan obyektin ölçüləri praktik olaraq, məhdudlaşmır ki, bu da çoxmərtəbəli binaların tikintisi zamanı uçan 3D-printerlərdən istifadə etməyə imkan verir. Fly Elephant konsepsiyası, həmçinin bir obyekt üzərində eyni zamanda müxtəlif mürəkkəblərlə işləyən bir neçə uçan aparatdan istifadəni nəzərdə tutur.

Hazırda şirkətin mütəxəssisləri dron-printerin avtonom iş vaxtını maksimum uzatmaq üzərində çalışırlar. Bundan başqa, onlar güclü küləyin əməliyyatların icra edilməsinin dəqiqliyinə necə təsir edəcəyi və s. kimi məsələləri aydınlaşdıracaqlar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə