Daha bir bank elektron arayış verə biləcək

03-12-2014 / 16:23
Bu gündən etibarən “Bank Respublika”nın müştəriləri də “Elektron hökumət” portalının təqdim etdiyi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidmətindən istifadə edə biləcəklər.
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM)Xeberler.az-a verilən məlumata görə, xidmətdən yararlanmaq üçün müştəri “Elektron hökumət”in internet səhifəsində (www.e-gov.az) “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” elektron xidmətinə daxil olub arayışı yaradaraq “Kredit ərizəsi üçün məlumatın göndərilməsi” bölməsində “Bank Respublika”nı seçməklə arayışı onlayn rejimdə banka göndərməlidir. Həmçinin vətəndaşlar bankın baş ofisində quraşdırılmış kompüterlər vasitəsilə də “Elektron hökumət” portalına daxil olub arayışı rəsmiləşdirərək banka təqdim edə bilərlər.
 
 
Xatırladaq ki, “Elektron hökumət” portalına sadələşdirilmiş kod-parollar, elektron imza sertifikatı, “ASAN İmza” və portal tərəfindən təklif olunan digər identifikasiya vasitələri ilə daxil olmaq mümkündür.
 
 
Qeyd edək ki, sözügedən e-xidmətdən yararlanan bankların sayı artıq 5-ə çatıb.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.