“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

04-11-2013 / 12:04
"Elektron hökumət" (www.e-gov.az) portalı vasitəsilə göndərilmiş arayışları əldə etməyin və onları müvafiq quruma təqdim etməyin qısa yolu portala əlavə edilmiş "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" və "Portal üzərindən verilən arayışların yoxlanılması" adlı elektron xidmətlərdən keçir.

Istifadəçi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətinə daxil olduqda ekranda istifadəçinin "FİN"-ə uyğun fərdi məlumatları əks olunacaq. "Portal üzərindən verilən arayışların yoxlanılması" xidmətindən istifadə etmək üçün "PDF" formatında olan elektron müraciətin ştrix kodu təqdim olunan boş xanaya əlavə edilir. Nəticədə ekranda istifadəçiyə aid fərdi məlumatlar əks olunur.

Qeyd edək ki, həmin məlumatları kompüterdə yadda saxlamaq üçün "PDF" düyməsindən istifadə etdikdən sonra elektron poçt vasitəsilə e-mail şəklində istənilən ünvana göndərmək mümkündür. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə