Dünyanın məşhur oyunları Azercell-in yeni portalında

09-09-2016 / 17:59

Azercell  virtual əyləncəni sevən abunəçiləri üçün GəncOL Oyun Portalı-nı istifadəyə verib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu portal vasitəsilə bütün Azercell abunəçiləri dünyaca məhşur EA, Javaonlayn oyunları oynamaq və ya abunə olmaq imkanı əldə edirlər.

GencOL Oyun Portalı-na oyun.gencol.az linki vasitəsilə daxil olmaq mümkündür.

Abunəçilər kompüter, smartfon, planşet cihazları vasitəsilə Oyun Portalından istifadə edə bilərlər.

Qeyd edək ki, birdəfəlik yükləmə ilə abunə 1.5 AZN-ə 1 oyun yükləmək, xidmətə abunə olmaqla isə həftədə 3 oyunu 1.99 AZN-ə əldə etmək imkanı qazanır. Gənc OL tarif paketi istifadəçiləri üçün isə Azercell 20.09.2016-cı il tarixindən bütün oyunlara 50% endirim tədbiq edəcək.

Yəni, GəncOL tarifində olan və yeni qoşulan abunəçilər bu oyun portalından daha sərfəli şəkildə yararlana biləcəklər. Hazırda GəncOL-lular 80-dən artıq məkanda sərfəli endirimlərdən yararlana bilirlər.

GəncOL tarifinə qoşulmaq üçün SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. GəncOL5 tarif paketi istifadəçiləri ayda cəmi 5 AZN ödəyib hər ay 2GB İnternet, GəncOl-lularla 200 dəqiqə danışıq, 200 SMS-dən yararlanmaq imkanı qazanır. GəncOL8 tarif paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçi 4GB İnternet, 400 tarifdaxili dəqiqə və 400 SMS-dən istifadə etmək imkanı qazanır.

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə