Ekspert qurumların ASAN Ödəniş sisteminə inteqrasiyasından danışdı

01-02-2019 / 17:02

Son zamanlarda eGov sahəsində əldə edilən ən böyük uğurlardan biri onlayn ödəniş imkanlarının xeyli genişlənməsidir. Bu isə, birmənalı olaraq demək olar ki , “ASAN ödəniş” sistemi vasitəsilə mümkün olub.

Xeberler.az bildirir ki,  məsələylə bağlı Azərbaycan İnternet forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz açıqlama verib :

"Gizli deyil ki, Hökumət Ödəniş Portalı ( HÖP) uzun müddət digər ödəniş portallarının və ödəniş terminallarının inteqrasiyasina imkanlar yaratmırdı.  Yəni , dövlət orqanları tərəfindən göstərilən xidmətlərin rüsumlarının ödənilməsi sahəsində inhisarçı bir mühit formalaşmışdı. Ötən ildən etibarən VXSİ Dövlət Agentliyi “ASAN ödəniş” sistemi vasitəsilə bu inhisarçılığı aradan qaldırdı və digər özəl qurumlara “ASAN Ödəniş” sisteminə inteqrasiya imkanları yaratdı. Məhz bunun nəticəsində hesab.az , e-pul.az ,  portmanat.az ödəniş Portalları və Milli Ön və e-Manat ödəniş terminalları vasitəsilə indi xeyli sayda ödənişləri həyata keçirmək mümkündür."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.