Ekspert: "Adi müraciət üçün fermerdən ASAN imza tələb olunur"

08-10-2018 / 18:03

Son dövrlərdə kənd təsərrüfatı sahəsində ciddi irəliləyişlər müşahidə olunur. O cümlədən bu sektorda texnologiyaların və innovasiyaalrın tətbiqi ilə bağlı da bir sıra uğurlu layihələr gerçəkləşdirilir.

Mövzuyla bağlı Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz prosesin fərqli məqamlarına toxunub:

"Mövcud sektorda elə layihələr də var ki, inanmaq olmur ki, bunu sahə ilə əlaqəli şəxslər reallaşdırıb. Bunlardan birisi də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin istifadəyə verdiyi güzəştli kreditlərlə bağlı elektron müraciət xidmətidir. Adı çəkilən Dövlət Xidməti hansısa bir şirkətə bu elektron müraciət sistemini hazırlatdırıb və qəribədir ki adi bir müraciət üçün fermerdən ASAN imza tələb olunur. Görəsən bunu hazırlayanların ağlına gəlməyibmi ki, bu xdimət, internet infrastrukturun, mobil internetin olduğu şəhərdə və ya rayon mərkəzlərində yox , məhz uzaq əyalətlərdə, kəndlərdə fəaliyyət göstərən fermerə yönəlib. Lap elə internet imkanı olanın da adi bir müraciət üçün ASAN imza görəsən nəyinə gərəkdir ? Nə üçün mütləq, heç bir alternativi olmayan ASAN imza ? Hələ heç bir qəpik qazanmayan fermeri hər ay 2.5 manat ödəməyə məcbur etmək kimin ağlına gəlib?"

Ekspert İnnovasiyalara meylli Kənd Təsərrüfatı Naziriliyinin hansısa bir Xidmət qurumunda bu cür halların müşahidə olunmasının  təəssüf doğurduğunu vurğulayıb:

"Güman ki Nazirliyin rəhbərliyi bu fakta yetərincə diqqət yetirməyib. Bəlkə də yeni tipli şəxsiyyət vəsiqələrində indiyədək də var qüvvəsilə elektron imzanın tətbiqinə maneçilik törədənlər Kənd Təsərrüfatı  sahəsinə də girişiblər.  Məntiqlidir, çünki hazırda, ASAN imzaya görə kimlərsə, sadəcə heç nədən hər ay 0.5 milyon manat qazanırlar. Görünür bu azlıq edir.  Ümid edirəm eGov quruculuğuna və elektron xidmətlərin keyfiyyətinə cavabdeh qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi kifayət qədər əhəmiyyətli olan layihələrin reallaşmasını əngəlləyən, sui istifadə etməyə cəhd edənlərin qarşısnı ala biləcək."

Aida İSAQ


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.