Previous Next
Bağla

Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

15-04-2019 17:31
Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatı prosesi davam edir. 

Xeberler.az  bildirir ki, aprelin 15-dək respublika üzrə 20,566 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Hazırda sistemdə qeydiyyatda olan fərdi təsərrüfatların sayı 20,626-ya çatıb. Ümumilikdə yeni sistemə 22,668 torpaq sahəsi barədə məlumat daxil edilib. Fermerlərdən 16,362 nəfər sahib olduqları torpaq sahələri barədə məlumatları EKTİS-ə Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi Dövlət Aktı, 4,485 nəfər çıxarış, 291 nəfər icarə sənədi, 25 nəfər vərəsəlik şəhadətnaməsi əsasında daxil edib. Digər fermerlər ilkin mərhələdə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi qeyd etməyiblər.

EKTİS-də ən çox Biləsuvar, Salyan və Şəki rayonlarından olan fermerlər qeydiyyatdan keçib. Biləsuvarda 2429, Salyanda 2162, Şəkidə 2019 fermer sahib olduğu torpaq sahəsi və bu il əkdiyi məhsul barədə məlumatları yeni sistemdə bəyan edib.

Qeyd edək ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pilot rayon olaraq seçilmiş Quba, Şəki və Sabirabad rayonlarında fermerlər arasında maarifləndirmə işləri aparılıb, EKTİS sistemi ilə bağlı informasiya-məsləhət xidməti göstərilib.

Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsində Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri aktiv iştirak edirlər. Könüllülərə EKTİS sisteminə məlumatların daxil edilmə ardıcıllığı ilə bağlı xüsusi təlimlər keçirilir. Yeni sistemdə qeydiyyatdan keçməmiş fermerlər məsləhət xidməti almaq üçün yaşadıqları rayonda Dövlət Aqrar İnkişaf Mərkəzlərinə və ərazi üzrə ASAN Xidmət Mərkəzlərinə müraciət edə bilərlər.

EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Artıq Quba, Şəki və Sabirabad “ASAN xidmət” Mərkəzlərində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. Səyyar ASAN xidmət avtobuslarında  Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən maarifləndirmə prosesi çərçivəsində fermerlərə informasiya məsləhət xidməti göstərilir.

Qeyd edək ki, aprelin 15-dən etibarən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri  Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Yevlax rayonlarında EKTİS sisteminin tətbiqi ilə əlaqədar maarifləndirmə işləri aparırlar. Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzində prosesdə iştirak edən DAİM-lərin əməkdaşlarına və könüllülərə təlimlər keçirilir, daha sonra kəndlərdə EKTİS-in tətbiqinə başlanacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12-04-2019

37,500 fermer elektron qeydiyyatdan keçib

19-04-2019

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019

Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

19-09-2019

Elektron qeydiyyatdan keçmiş fermerlərin sayı 200 mini ötüb

14-05-2019

Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

22-02-2019

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

15-02-2019

10 rayonun Azərkosmosdan yoxlamaları başa çatıb

22-01-2020

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019

E-kənd təsərrüfatı informasiya sistemi təqdim edildi- Foto

08-10-2016

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib

03-08-2020

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin əhatə dairəsi genişləndirilib

14-04-2023

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026

52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

01-02-2019

Fermerlər kompüter və smartfon vasitəsilə e-xidmətlərdən istifadə edə biləcək

27-11-2015

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

04-08-2023

“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

13-01-2015

Elektron müraciət əsasında torpaqların təyinatını dəyişdirmək mümkün olacaq

16-12-2024

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015

Ekspert: Subsidiya mexanizmi nə dərəcədə əlçatan və təkmildir?

04-09-2020

Nazirlik yeni elektron xidmət yaradır

05-01-2018

Aqrar sığorta haqqının “AsanPay” vasitəsilə ödənişinə başlanıldı

29-05-2025

“Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə

03-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə