“Facebook”da “ölüm qrupu” qurulub

27-08-2010 / 04:29

Siyahıda adı olan şəxslər bir-bir öldürülür

İnternetdəki “facebook” sosial şəbəkəsində qurulmuş bir qrupun üzvləri bir-bir öldürülür. 83 nəfərin adının yazıldığı “qara siyahı” Kolumbiyanın bir şəhərində insanları və polisi təşvişə salıb.

Puerto Asis şəhərində yaşayan 83 nəfərin adı bir qrupda birləşdirilib və hər birinə “Ya bu şəhəri tərk edin, ya da öləcəksiniz” deyə məktublar göndərilib. Bu məktublar əvvəlcə xoş olmayan zarafat kimi başa düşülmüşdü.

Lakin son 10 gündə siyahıda adı olan 3 nəfər öldürülüb. Bu hadisələrdən sonra “qara siyahı”nın zarafat olmadığını başa düşən polis həmin “facebook” səhifəsinin arxasında kimin dayandığını araşdırmağa başlayıb.
Siyahıda adları olan Dieqo Ferney Carmallio və Ebiart Alehandro Munoz motosikletləri ilə gəzərkən vurularaq öldürülüb. Daha sonra isə ölümlə təhdid edilən Norbey Aleksandr Varqas da bir silahlı hücum nəticəsində ölüb. Bu qətllərdən sonra şəhər əhalisi qorxmağa başlayıb. Məktubu alan şəxslərdən bir neçəsi artıq şəhəri tərk edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə