Facebook oğrunu tapmaqda kömək etdi

22-09-2009 / 19:05

Facebook insanların bir-birilə tanışmaq, dərdləşmək, paylaşmaq məkanı kimi istifadə edilir. Son zamanlarda Facebook insanların təhlükəsizliyi mövzusunda da köməyə çatır. Məsələn, Avstraliyada meşədə azan iki gənc qız polis əvəzinə Facebookdan kömək istəmişdilər və dostlarının köməyi ilə polis onların olduğu yerə gəlmiş və gəncləri xilas etmişdi. Uzun müddət bir-birindən ayrı düşən qohumlar bir-birilərini Facebook vasitəsilə tapmışdılar.

 İndi isə facebook həm də günahkarları tapır. ABŞ-da soyğun məqsədilə evə girən bir oğru bahalı şeyləri götürüb evi tərk edib. Evdə heç bir barmaq izinə rastlanmayıb. Araşdırmalardan sonra ev sahibinin kompüterində oğrunun açmış olduğu Facebook hesabına rastlanıb. Beləliklə polis açıq qalan Facebook hesabından oğru haqqında ətraflı məlumat toplaya bilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə