Facebook Amerika pilotları ilə acı zarafat etdi

02-11-2008 / 13:06
Virgin Atlantic aviaşirkəti Facebook sosial şəbəkəsində şirkəti və onun bəzi sərnişinlərini tənqid edən 13 işçini işdən qovması haqda xəbər verib.
Virgin qrupunun nəzarət etdiyi aviaşirkət deyir ki, əməkdaşların hərəkəti “tamamilə səfeh”dir və şirkətə “pis ad” gətirib.
Qovulma Facebook-da London aeroportu Getvikdən uçan təyyarələrdə pilot və stüardessalar haqda fikirlər söylənildikdən sonra qərara alınıb. Yazılan fikirlərdə sərnişinlərin ünvanına təhqiredici sözlər işlənilib və laynerin bortunda çoxlu tarakan olduğu qeyd edilib.
“Virgin Atlantik təsdiq edib ki, ekipajın 13 üzvü öz xoşagəlməz hərəkətləri ilə aviaşirkətin kadr siyasətini pozduğu üçün şirkəti tərk edəcəklər” – rəsmi bəyanatda deyilir.
“Facebook-u istifadə etməyin öz yeri və vaxtı var. Nəticə etibarilə aviaşirkət işçilərinin əmək haqqını ödəyən sərnişinlərin təhqir edilməsi üçün resursu istifadə etməyə heç bir əsas yoxdur” – həmin sənəddə vurğulanır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə