Firefox 3 Ginnessin rekordlar kitabına düşüb

04-07-2008 / 16:59
Mozilla Firefox 3 bruzeri, buraxılmasından sonra sutka ərzində proqramın yükləmə sayına görə dünya rekordunu müəyyən edib. 24 saat ərzində brauzer 8 002 530 dəfə yüklənilib. Bu göstərici Ginnessin rekordlar kitabında qeyd olunub.

Ginnessin rekordlar kitabını təmsil edənlər, yükləmə miqdarını iki üsulla sayıblar. Birincisi, onlar Mozilla-nın statistikasına bələd olublar. İkincisi isə, yükləmələrin qeyd olunduğu serverlərdən götürülən məlumatları əsas tutublar.

Xəbərin yayıldığı zaman Mozilla Firefox 3 brauzeri 28 milyon dəfə yüklənmişdir. Əvvəlki kimi Şimali Koreya və Fransa Qviannası ərazilərindən brauzer bir dəfə də olsun belə yüklənməyib.

Mozilla Firefox brauzerinin əvvəlki versiyası çıxışından sonra birinci sutka ərzində cəmi 1.6 milyon dəfə yüklənilib. Mozilla Firefox 3 üzərində çalışmalar 2006-cı ilin sonunda başlanılıb. Brauzerin koduna 15 mindən çox dəyişiklik edilib. Ötən versiya ilə müqaisədə təzə versiya onlarla yeni funksiyaya malikdir. Mozilla Firefox 3 brauzeri 17 iyun tarixində Bakı vaxtı ilə saat 20:00-da işıq üzü görüb.




ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə