Mozilla: Firefox 4 brauzeri ay ərzində 100 milyon dəfə yüklənib

25-04-2011 / 18:59

 Mozilla şirkətinin məlumatına əsasən Firefox 4 brauzeri təqdimatdan bir ay sonra internet istifadəçiləri tərəfindən 100 milyon dəfə yüklənilib.

StatCounter analitik şirkətinin hesabatına görə hazırda Firefox 4 internet istifadəçiləri arasında populyar olan brauzerlərdən biridir. Bu brauzerin dünya bazarında payı artıq 7,94 faizdir.

Şirkətin hesabatına əsasən dünya bazarında ən populyar brauzerlər bunlardır: Internet Explorer 8.0 (29,99 %), Firefox 3.6 (24,43%), Chrome 10 (15,35 %). Firefox 4 bu reytinq cədvəlində 4-cü yeri tutur.

Qeyd edək ki, Firefox 4 brauzeri Mozilla şirkətinin təqdim etdiyi ən sürətli və müasir veb-texnologiyaları dəstəkləyən məhsuludur. Şirkət brauzerin bu versiyasında 20-dən çox mühüm əlavələr edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə