Firefox 3.5 Mozilla serverlərinin dayanmasına səbəb oldu

03-07-2009 / 14:33

Mozillanın maraqla gözlənilən brauzeri Firefox 3.5 istifadəyə verildi. İstifadəçilərin çox olması səbəbilə Mozilla serverlərində qısa müddətli problem yarandı.

Bənzər hadisə Firefox 3 versiyası istifadəyə veriləndə də yaranmışdı. Onda Mozillanın saytı 2 saat bağlı olmuşdu. Firefox 3.5 versiyası isə ilk anda uğurlu nəticələr qazandı.

İlk bir neçə saat ərzində Firefox 3.5 versiyası 1 milyondan çox dəfə yüklənildi. İlk 24 saatın sonunda isə brauzer 5 milyon dəfə endirilmişdi.

Bununla bağlı ilk 24 saat rekordu digər bir Firefox distributivinin, Firefox 3-də də var. Firefox 3 ilk 24 saat içərisində 8,3 milyon dəfə endirilmişdi.

Mozilla Firefox 3.5 versiyası ilə Safariyə aid olan ilk 3 günün sonunda ən çox endirilmə rekordunu qırmaq istəyir. Safari 4 ilk üç gündə 11 milyon dəfə endirilmə ilə rekorda sahibdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə