Google Android-in yeni versiyasını təqdim etdi

22-08-2017 / 12:41

Google Android-in yeni versiyasını dünən günəş tutulması ilə bir yerdə təqdim edib.

Xeberler.az şirkətin bloqunda yazılan məlumata istinadən bildirir ki, bu gündən 8.0 Oreo Nexus və Pixel cihazlarında yayımlanmağa başlayıb.

Belə ki, yeni əməliyyat sistemi daha ağıllı, sürətli və güclüdür. Google sistemi daha təhlükəsiz müdafiə vasitələri nəzərdə tutulub, işləmə sürəti artırılıb, enerji sərfiyyatı optimallaşdırıb.

Onu da qeyd edək ki, Oreo adlı yeni əməliyyat sistemi peçenyenin şərəfinə belə adlandırılıb.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə