Previous Next
Bağla

Samsung yeni məhsulunu təqdim etdi

02-08-2018 13:33
Samsung yeni məhsulunu təqdim etdi

Samsung Galaxy Tab S4 ilə birlikdə digər yeni planşetini təqdim edib.

Xeberler.az məlumat verir ki, şirkətin nümayiş etdiyi 10.5 düyümlük TFT LCD ekrana malik olan Galaxy Tab A (2018) Oreo 8.1 ilə işləyir.

Qeyd edək ki, Dolby Atmos ilə möhtəşəm səs keyfiyyəti təklif edən Galaxy Tab A (2018) hər küncdə bir ədəd olmaqla dörd səs ucaldıcıya sahibdir.

Belə ki, planşet aşağıdakı xüsusiyyətlərə malikdir:

  • Prosessor: Snapdragon 450
  • RAM: 3 GB
  • Yaddaş: 32 GB + MicroSD
  • Ekran: 10.5 düym (1920 × 1200 piksel) WUXGA TFT LCD
  • Arxa Kamera: 8MP
  • Ön Kamera: 5MP
  • Batareya: 7300 mAh
  • Əməliyyat sistemi: Android 8.1 Oreo
  • Bağlantı: 4G LTE (üstünlük), WiFi 802.11 ac, Wi-Fi Direct, Bluetooth 4.2, GPS, GLONASS, USB Tip C

Bildirək ki, məhsul qara, mavi və boz rənglərdə satışa çıxarılacaq.

Xeberler.az

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə