Google-dan istifadəçilərə təhlükə ilə bağlı xəbərdarlıq

04-05-2017 / 15:00

ABŞ-ın Google şirkəti Gmail elektron poçt istifadəçilərinə Google Docs bulud xidməti adından məktub göndərən fırıldaqçılar haqda məlumat verib. Belə məktublar zərərverici istinadlardan ibarətdir.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə  istinadən məlumat verir ki,  Google Docs-un rəsmi Twitter səhifəsində müvafiq xəbərdarlıq  dərc olunub:

"Biz Google Docs xidməti adından göndərilən fişinq mesajlarını araşdırır və sizdən belə məktubları açmamağı xahiş edirik”.

Google şirkəti istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün artıq saxta səhifələri silib və saxta məktubların göndərilməsi üzrə yeni hallar haqda xəbər verməyi xahiş ediblər.

Fişinq – istifadəçilərin məxfi məlumatlarına giriş əldə etmək və şifrləri ələ keçirmək üçün internet fırıldaqçılığının bir formasıdır.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.