Gmailin Beta dövrü nəhayət sona çatdı

09-07-2009 / 16:03

Google-nin göstərdiyi bir neçə xidmətin etiketində Beta yazısını görməyə öyrəşmişik. Xüsusilə Gmail-də Beta yazısının uzun müddətdir ki olması müxtəlif səbəblərlə izah edilirdi. Bəziləri bunu Gmail-in daim inkişaf etməsi və dəyişməsi ilə əlaqələndirirdi.

Artıq 5 ildir ki, Google Gmail-i Beta versiyada xidmətə verir. Nəhayət Google Beta yazısını Gmail-in etiketindən götürdü.

Nəzərinizə çatdıraq ki, Beta etiketini atan tək xidmət Gmail deyil. Calendar, Google Docs və Google Talk da artıq Beta olmaqdan çıxıb. Bütün bu xidmətlər şirkətlərə tətbiq paketi ilə, müəyyən bir ödəniş qarşılığı, Premium üzvlük üsuluna görə satıla bilir.

Ancaq Google rəsmiləri üzərində Beta yazılan bir xidməti satmağın çox da asan məsələ olmadığnı anladılar. Şirkətin belə addımı atmaqda məqsədi isə tətbiq paketlərinin qüsursuz və hazır olduğunu göstərməkdir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.