Gmail for Mobile 2.0 təqdim olunub

24-10-2008 / 12:07
Google şirkəti telefon və smartfonlarda Gmail elektron poçtunun oxunması və məktubların göndərilməsi üçün mobil xidmətin ikinci versiyasını təqdim etdi.
Yeni xidmət siqnallar aşağı səviyyəli olduqda belə əvvəlkinə nisbətən yüksək sürətlə işləyir və oflayn rejimdə bəzi funksiyaları yerinə yetirə bilir. Burada Gmail və ya Google Apps-ın bir neçə akkauntlarına bir səhifədən çıxış etmək imkanı yaranıb.
Xidmətin buraxılışı üçün telefon Java J2ME ilə işləməlidir. Elektorn poçtun bu xidməti m.google.com/mail mobil brauzerinə giriş zamanı avtomatik olaraq açılır. Xidmət 35 dildə təqdim olunur.

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.