Güzəştli mənzil sisteminin sınaq versiyası təqdim olundu

09-04-2019 / 12:51

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə 09.04.2019-cu il tarixində “Güzəştli mənzil” sisteminin satış modulunun sınaq (demo) versiyasını istifadəyə verib.

Xeberler.az  bildirir ki, agentliyin yaydığı məlumta görə, müvafiq xidmət istifadəçilərə mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır. “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun sınaq versiyasından istifadə edə bilərlər. “Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.

Satış modulunun sınaq versiyası 9 aprel 2019-cu il tarixi saat 11:00-dan 27 aprel 2019-cu il tarixi saat 23:59-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.

Diqqət: Satış modulunun sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək mövzu ilə bağlı bütün suallarına cavab tapa bilərlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.