Previous Next
Bağla

Güzəştlə mənzil ala biləcək vətəndaşların kateqoriyaları genişləndirilib

27-05-2021 16:51
Güzəştlə mənzil ala biləcək vətəndaşların kateqoriyaları genişləndirilib

Azərbaycan Respublikası Prezidentinin 04.05.2021-ci il tarixli 1328 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilən dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni kateqoriya əlavə olundu.

Xeberler.az bildirir ki, MİDA-dan verilən məlumata görə, müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları)” kateqoriyasına aid şəxslər də güzəştli mənzil əldə edə biləcəklər.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib. Sənədlərin siyahısı ilə www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Yeni kateqoriyaya aid şəxslər 27 may 2021-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan şəxslər mənzillərin seçimi zamanı daha öncə elektron kabinetə sahib olmuş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.

Qaydaya edilən digər bir dəyişikliklə “Milli Qəhrəman” adlı mövcud kateqoriyanın adı “Azərbaycanın Milli Qəhrəmanı” ilə əvəz edilib.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq,

habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanıb

06-05-2026

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022

Elektron imza ilə bağlı yenilik

03-08-2017

Güzəştli Mənzil Sistemi portal üzərindən fəaliyyətə başladı

30-05-2017

Güzəştli mənzil sisteminin sınaq versiyası təqdim olundu

09-04-2019

Güzəştli mənzillərin yeni partiyası satışa çıxarıldı

29-03-2019

“SİMA İmza” ilə MİDA-nın “Güzəştli mənzil” sistemindən ev əldə et!

17-11-2023

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

21-01-2019

Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər

08-02-2022

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

24-12-2019

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019

Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

20-06-2023

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019

Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

26-12-2018

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022

Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

10-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə