Previous Next
Bağla

Güzəştli mənzil seçimində necə uğur qazanmaq olar?

11-07-2023 09:18
Güzəştli mənzil seçimində necə uğur qazanmaq olar?
Bir müddət öncə jurnalistlər də MİDA-nın güzəştli mənzillərini əldə etmək hüququ qazanıblar.
MİDA artıq 29 iyulda 1200 güzəştli mənzilin onlayn çatışının olacağını elan edib.
Ötən həftə isə MİDA “Güzəştli mənzil” informasiya sisteminin satış modulunun sınaq (DEMO) versiyasını istifadəyə verib. Bundan istifadə edərək iddiaçılar onlayn satış prosesini test edə bilərlər.
Demo versiya satışdan bir gün öncə, 28 iyul 2023-cü il tarixdə saat 00:00-da bağlanacaq.
 
Artıq “Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş JURNALİSTLƏR vaxt itirmədən DEMO versiya ilə sınaq proseslərinə başlaya bilərlər.
Sınaq versiya vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.
 
Güzətli mənzillərin onlayn satışında uğur qazanmaq üçün tövsiyələri jurnalistlər üçün bir daha paylaşıram:
 
1. Kompüterdən və internetdən sürətli istifadə bacarığının olması mühüm əhəmiyyət kəsb edir. Bacarıqları yetərli olmayan istifadəçilərin kənar mütəxəssislərin köməyindən istifadəsi qadağan deyil.
Əgər iddiaçının belə bacarıqları yoxdursa kömək üçün müraciət etməsi və bu testləri məhz onun etməsi tövsiyyə olunur.
 
2. Normal, dayanıqlı internet və işlək vəziyyətdə olan kompüter tövsiyə olunur. İnternetin hədsiz yüksək sürətdə olması ciddi əhəmiyyət kəsb etmir, sadəcə kəsilməz olmalıdır.
 
3. Prosesi DEMO versiyada daha çox test etmək tövsiyə olunur.
 
4. Satışdan bir neçə saat əvvəl “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sisteminə daxil olmaq (Elektron İmza və ASAN imza qaydasında olmalıdır)
 
5. CAPTCHA –da simvolları daha sürətli daxil etməyə hazır olmaq. Simvolların daha sürətli daxil edilməsi üçün digər istifadəçinin də köməyindən istifadə etmək olar
6. Uduş əldə edənlərlə əlaqə saxlayıb, kompüterdə işləyərkən istifadə etdikləri metodları nəzərdən keçirmək, təcrübə mübadiləsi etmək də faydalı ola bilərdi.
 
7. DEMO-da seçim edənlərin öz seçim proseslərinin videosunu çəkib digərləri ilə müqayisə etməsi də faydalı olardı
 
Təcrübə göstərir ki DEMO-da seçim prosesini test etmədən onlayn mənzil seçimi şansı, demək olar ki, sıfra bərabərdir.
 
Diqqət !
 
MİDA elan edib ki, “Güzəştli mənzil” sistemində təhlükəsİzliyi gücləndirmək, şəffaflığı artırmaq, sistemdən sui-istifadə hallarının qarşısını almaqla bağlı təkmilləşdirmə işləri aparılıb. Yəni, bu o deməkdir ki, iddiaçılar, real satış prosesi zamanı tam ayrı bir interfeyslə, tam fərqli bir CAPTCHA ilə rastlaşa bilərlər və bunu keçməyə hazır olmalıdırlar.
 
Xatırladıram ki, sistemdən istifadə zamanı, ona hər hansı xələl gətirməyən, fəaliyyətinə mane olmayan üsullardan istifadə edilməsi hər hansı məsuliyyət yaratmır.
 
Amma istifadəçi sistemə qarşı qanunsuz müdaxilələr edərsə, onun kodlarını sındırarsa, kiber hücumlar, DOS hücumlar təşkil edərsə,sistemə qanunsuz müdaxilələr edərsə, xatırladıram ki , bunlar cinayət məsuliyyəti yaradır.
 
Satış prosesi bir çox qurumların, o cümlədən DTX və XRİTDX mütəxəssisləri tərəfindən real vaxtda izləndiyindən bu tip müdaxilələr dərhal aşkara çıxarıla bilir.
İndiki onlayn satış prosesi daha şəhffaf, effektiv və insan amili olmadan reallaşdırılan proses olmasına baxmayaraq, istifadəçidən bəlli bir İT bacarıqları tələb etdiyindən, mahiyyətcə ədalətsiz hesab oluna bilər.
 
Alternativ satış üsulların təqdim edilməsi, satış prosesin daha şəffaf və ədalətli keçirilməsi ilə bağlı MİDA-ya təkliflərimizi vermişik.
 
Diqqət: Güzəştli mənzil satışı 29 iyulda, həftənin 6-cı günü, saat 11-də reallaşacaq.
 
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019

MİDA Güzəştli Mənzil onlayn satış sisteminə dəyişiklik edib

19-09-2019

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

15-10-2019

Jurnalistlərin və digər güzəştli mənzil hüququ olanların nəzərinə

25-07-2023

Güzəştli mənzil əldə etmək üçün bunları edin - Şərtlər

09-04-2019

Güzəştli mənzil sisteminin sınaq versiyası aktivdir

13-08-2018

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022

Güzəştli mənzillərin satışı başlayacaq

03-09-2018

Güzəştli mənzil sisteminin sınaq versiyası təqdim olundu

09-04-2019

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019

Güzəştli mənzillərin onlayn satışı ilə bağlı DEMO yenidən işə salınıb

20-06-2019

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019

Ekspert: MİDA hansı sürprizləri hazırlayıb ?

15-09-2022

MİDA yeni onlayn satış elan edib

16-11-2023

Ekspert:MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi ?

12-08-2022

Ekspert : Ümid edirəm mənzillərin növbəti onlayn satışı bu dəfə problemsiz ötüşəcək

21-01-2019

Ekspert : Güzəştli mənzil seçimində bu şəxslərin şansı sıfıra bərabərdir

25-01-2019

Ekspert:Onlayn satış prosesində şəffaflıq və ictimai nəzarət üçün hansı imkanlar yaradılacaq?

15-08-2022

Ekspert: Güzəştli mənzillərin onlayn satışı bu dəfə uğurla başa çatdı

29-04-2019

MİDA yeni onlayn satış elan edib

14-11-2023

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

11-06-2019

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə