Previous Next
Bağla

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019 15:18
Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi istifadəçilərin mənzil seçimində rahatlığını təmin etmək məqsədi ilə “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 12 yanvar 2019-cu il tarixində saat 15:00-dan saat 15:30-dək sistemin sınaq mühitində mənzil seçimini təşkil etmişdir. Sınaq seçimində 1709 nəfər iştirak etmişdir.

Xeberler.az  bildirir ki, istifadəçilərin sınaq seçiminə böyük marağını və çoxsaylı müraciətlərini nəzərə alaraq, həmçinin daha çox istifadəçinin sınaq mühitində iştirakına şərait yaratmaq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil seçimi 12 yanvar 2019-cu il tarixində saat 16:00-dan saat 16:30-dək yenidən aktivləşdirilmişdir.

“Güzəştli mənzil” sisteminin istifadəçilərinin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 15 yanvar 2019-cu il tarixindən “Güzəştli mənzil” sisteminin satış modulunun sınaq (demo) versiyasını istifadəyə verəcəkdir.

Satış modulunun sınaq versiyası 15 yanvar 2019-cu il tarixindən 24 yanvar 2019-cu il tarixinədək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənəcək və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcəkdir.

“Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən satış modulunun sınaq versiyasından istifadə edə bilərlər. Mənzil seçimi prosesi – satışı 25 yanvar 2019-cu il tarixində saat 11:00-da  başlanacaq Yasamal Yaşayış Kompleksində 174 mənzilin seçimi ilə identikdir.

Diqqət: Satış modulunun sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

Mənzil seçimi prosedurunun həyata keçirilməsi zamanı qarşılaşdığınız hər hansı çətinliklər haqqında “108” çağrı mərkəzinə məlumat verməyiniz xahiş olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Güzəştli mənzil sisteminin sınaq versiyası təqdim olundu

09-04-2019

Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

26-12-2018

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022

Ekspert : Ümid edirəm mənzillərin növbəti onlayn satışı bu dəfə problemsiz ötüşəcək

21-01-2019

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

Güzəştli mənzil əldə etmək üçün bunları edin - Şərtlər

09-04-2019

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019

Güzəştli mənzil sisteminin sınaq versiyası aktivdir

13-08-2018

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019

Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

10-09-2019

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə elan verib

23-11-2019

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018

MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

12-07-2019

248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

25-12-2019

Güzəştli mənzillərin seçimi başa çatıb

16-10-2019

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

24-12-2019

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

21-01-2019

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022

MİDA: Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb

06-12-2024

Bu gün 300-dən çox güzəştli mənzilin satışına başlanır

05-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə