Həmyerlimiz dizayn etdiyi Beast adlı avtomobili təqdim etdi - Video

10-09-2015 / 13:20

Azərbaycanlı avtomobil dizayneri Samir Sadıqovun dizayn etdiyi Beast adlı avtomobil təqdim olunub.

Xeberler.az-ın məlumatına görə, Azərbaycanlı dizayner Samir Sadıqov dizayn etdiyi Rezvani Beast avtomobili ilə özünün Facebook səhifəsində foto paylaşıb.

O, səhifəsində foto ilə bağlı bildirib : “Nəhayət, avtomobil üzərindəki tamamlama işlərini başa çatdırdım. Onu sürəndə möhtəşəm hisslər keçirirəm. Dizayn tamamilə özümə məxsusdur. Tam xəyal etdiyim kimi alınıb”.

Beast adlı avtomobilin adının hərfi tərcüməsi “vəhşi heyvan” deməkdir. Beast modeli, 500 at gücündə malik olan idman avtomobilidir və 100 km/s sürəti 2.7 saniyəyə yığır.

Qeyd edək ki, Samir Sadıqov İtaliyanın Avropa Dizayn İnstitutunda təhsil alıb. Təhsilini bitirdikdən sonra Lamborghini avtomobil şirkətində dizayner kimi fəaliyyət göstərib. Bundan əlavə, Samir Sadıqov 30 dizayn universitetindən 500-dən çox tələbənin iştirak etdiyi “Ferrari World Design Contest” müsabiqəsində iştirak edərək, Xəzri adlı modeli ilə qaliblərdən biri olub. DACAR adlı təkər dizaynı ilə Hankook şirkətinin keçirdiyi Hankook Tyre Design Challenge 2014 müsabiqəsinin qalibi olub.

Həmyerlimizin  dizaynını etdiyi yeni avtomobil Rezvani Beast 165.000 dollar qiymətində bu aydan satışa çıxıralacaq.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə