Mark Zuckerberg Facebook-dan ayrılır

21-08-2017 / 10:52

Sosial media nəhəngi Facebook-un təsisçisi və CEO-su Mark Zuckerberg hər zaman ailə dəyərinə ciddi diqqət etdiyini vurğulayır.

Belə ki, ikinci dəfə ata olmağın həyəcanını yaşayan Facebook CEO-su qızının doğumdan sonra atalıq izninə çıxacağını açıqlayıb.

Xeberler.az bildirir ki, Zuckerberg-in Facebook hesabından paylaşdığı bu mesajda 2015-ci ildə dünyaya gələn ilk qızı Maxima (Max) adlı eyni fotoşəkili və evin digər üzvü Beast yer alıb.

İlk qızında olduğu kimi, bu dəfə Mark 2 aylıq məzuniyyətə çıxacaq.

Zuckerberg məzuniyyətin bir hissəsini doğumdan sonra, qalan yarısını isə dekabrda istifadə edəcəyini açıqlayıb.

Mark mesajında onu da qeyd edib ki, uşaqlar dünyaya gələndə valideynlərin məzuniyyətə çıxması körpə və ailə üçün müsbət nəticələr verəcək.

O, Facebook-da atalıq izninin 4 aylıq verildiyini də xatırladıb.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə