Previous Next
Bağla

Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq

04-10-2018 10:00
Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq

Naxçıvanda elektriklə işləyən avtomobillər istehsal ediləcək. Bununla bağlı Naxçıvan Avtomobil Zavodunda hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.

Xeberler.az  bildirir ki, Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev AZƏRTAC-ın Naxçıvan bürosuna bildirib ki, bundan əlavə olaraq “LİFAN minivenlər”inin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçiriləcək.

Musa Abdullayev qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq “LİFAN” markalı 4 model avtomobil istehsal olunub və “NAZ-LİFAN” brendi altında satışa çıxarılır. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.

Naxçıvan Avtomobil Zavodunun direktoru qeyd edib ki, zavodda avtomobil sənayesində tətbiq olunan ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur. Bu illər ərzində satış və xidmət şəbəkəsi genişləndirilib, avtomobillərin keyfiyyətinə verilən zəmanət müddəti və yürüş məsafəsi artırılaraq 3 il və ya 150 min kilometrə çatdırılıb. Hazırda zavodda dizayn və parametrlərinə görə müasir biznes sedan olan “NAZ-LİFAN 820” və “NAZ-LİFAN 330” modelləri, satış sayına, keyfiyyətinə və dözümlülüyünə görə zavodun flaqmanı olan “NAZ-LİFAN 620” modelinin yeni dizayn və yeni ekonomik mühərriklə təchiz edilmiş “NAZ-LİFAN 650” (“NAZ-LİFAN 620-II”) modeli və krossover sevənlər üçün xarici və daxili görünüşü yenilənmiş, yanacaq sərfiyyatı daha az olan mühərriklə təchiz edilən “NAZ-LİFAN X60” modeli istehsal olunur.

Direktor əlavə edib ki, zavodda istehsal olunan avtomobillərin maya dəyərinin aşağı salınması məqsədilə bəzi ehtiyat hissələrinin respublikamızda istehsal olunması da planlaşdırılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan «Cip» avtomobilləri istehsal edəcək

29-10-2010

Azərbaycanda pikap və elektromobillər buraxılacaq

13-06-2022

Azərpoçt Khazar SD markalı avtomobillər alacaq

28-11-2018

“Azsamand” avtomobillərinin istehsalı və satışı dayandırılıb

17-11-2010

Azərbaycan gələn ildən yeni avtomobil modelinin istehsalına başlayacaq

11-11-2010

Kür kompüter zavodu avtomobillər üçün kompüter istehsal edəcək

27-09-2008

Elon Musk: “Zavodda yatıram”

12-04-2018

Yemək masasına bənzəyən avtomobil

11-11-2010

Teslanın yeni zavodu ildə 500 min avtomobil istehsal edəcək

12-07-2018

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Panasonic Çində yeni zavod açır

26-12-2015

Tələbələrdən ən eybəcər maşın sifarişi

03-10-2010

ABŞ uçan avtomobillərin istehsalına başlayır

15-10-2010

Ford smart avtomobillərə investisiya yatıracaq

14-10-2015

Avtomobil istehsalçısı mobil telefon bazarına da göz dikir

13-03-2009

Naxçıvanda Sənaye Parkı yaradılacaq

05-06-2023

111 111 111-ci avtomobil

24-12-2010

“Beyin gücüylə idarə olunan” avtomobil istehsal olundu

09-12-2015

Avtomobillər kiberhücumlardan necə qorunacaq?

28-11-2022

Naxçıvanda Data Mərkəzi inşa ediləcək

24-10-2023

Avtomobillərin qiyməti dövlət qərarına uyğun tənzimləndi

13-12-2022

Apple avtomobil istehsal edəcək

22-09-2015

Azərbaycanda taxılyığan kombayn və elektrobus istehsal olunub

15-05-2019

Sürücüsüz taksilər dövrü başlayır

01-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə