Hər gün 225 mindən çox yeni zərərli proqram qeydə alınır

08-07-2015 / 10:50

2015-ci ilin birinci rübündə hər gün 225 mindən çox yeni zərərli proqram qeydə alınıb, bəzi hallarda virusların sayı 500 minə çatıb. Bu barədə PandaLabs antivirus şirkətinin hesabatında deyilir.

Xeberler.az RYTN-in rəsmi saytına istinadən məlumat verir ki, hesabatda göstərici ötən illə müqayisədə 40 faiz artıb. Bundan başqa, ilk üç ayın göstəricisi yeni virusların sutkada ortaillik sayını ötüb.

Cari ilin ilk üç ayında zərərli proqram təminatı arasında ən çox CryptoLocker kimi pul tələb edən proqramlara təsadüf edilib. Kibercinayətkarlar şirkətlərdən informasiya oğurlayaraq məlumatların qaytarılması və məxfiliyin saxlanılması üçün pul tələb ediblər.

Təkcə neft və qaz nəqli sahəsində fəaliyyət göstərən on şirkət belə kiberhücumlardan zərər çəkib.

Birinci rübdə digər populyar hücum üsulları arasında sosial şəbəkələrdən və mobil qurğular üçün zərərli proqramlardan istifadə edilib. Fırıldaqçılardan biri Facebook şəbəkəsində saxta hədiyyəli Zara kartını 500 dollara satıb.

Android mobil əməliyyat sistemi mobil zərərli hücumlar, xüsusilə zərərli SMS bildirişlər vasitəsilə hücumlar üçün əsas hədəf olub.

Bildirilir ki, dünyada yoluxdurulmuş fərdi kompüterlərin orta sayı 36,51 faiz təşkil edir ki, bu da 2014-cü ilə nisbətdə 6 faiz çoxdur. Reytinqdə Çin, Türkiyə və Peru liderdir.

Az yoluxdurulan kompüterlər Avropa ölkələrində  - Norveç, Danimarka və Finlandiyadadır.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.