Hesab.az-dan istifadəçilərinə sürpriz

21-04-2016 / 13:24

GoldenPay-a şirkətinə məxsus Hesab.az portalı 5 yaşı münasibətilə  yeni lotereya kampaniyasına başlayıb

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu gündən etibarən iyunun 15-dək Hesab.az-da yeni ödəniş xidməti əlavə edib, minimum 5  AZN-lik  ödəniş edən istifadəçilərə bir-birindən maraqlı hədiyyələr qazanmaq imkanı verilir.  

Kampaniya çərçivəsində qaliblər Samsung Galaxy S6 EDGE, Samsung Tab 4, 5000 AZN pul mükafatı, Ipad mini 3 16GB planşeti, 40 ekran Sharp TV televizoru və Naxçıvan-Bakı-Naxçıvan aviabileti hədiyyə ediləcək.  

Lotereyada iştirakçı olmaq üçün qeydiyyatsız ödəniş edən istifadəçilərin Hesab.az portalında qeydiyyatdan keçmələri, qeydiyyatdan keçmiş istifadəçilərin isə şəxsi kabinetlərinə daxil olub yeni və ya 2016-ci ildə heç ödəniş olunmayan ödəniş xidmətlərinə minimum 5 AZN ödəniş etmələri  lazımdır.

Qeyd edək ki, hər əlavə olunan yeni ödəniş xidmətinə yalnız birinci ödəniş edilərkən lotereya bileti təqdim olunur. Hesab.az 5 yaşı münasibətilə Xeberler.az-ın oxucularına ikiqat bonus verir.

Visa/ Visa Elektron plastik kartları ilə ödəniş etmiş istifadəçilər isə hər 5 AZN ödəniş üçün 2 (iki) bilet əldə edəcəklər.  Həmçinin Hesab.az tərəfindən əməkdaşlıq etdiyi şirkətlərə təqdim olunan xüsusi promo kod vasitəsi ilə ödəniş etmiş istifadəçilər də  hər 5 AZN ödəniş üçün 2 (iki) bilet əldə edəcəklər.

Lotereya iştirakçıları yalnız bu xidmətlərdən birinə ödəniş etdikdə lotereya şansı əldə edəcəklər: kommunal, mobil, kabel tv, internet, əyləncə, Naxçıvan ödənişləri. Kampaniyaya bank kreditləri ödənişi, sığorta və kinoteatr biletləri ödənişləri daxil deyil.

Lotereyanın nəticələri bu ilin iyun ayının 20-də GoldenPay ASC baş ofisində 5 nəfərdən ibarət tiraj komissiyasının qarşısında kompüter proqram təminatı vasitəsilə təsadüfi yolla müəyyənləşəcək. Qaliblərə bu barədə həmin gün telefon, e-mail və ya yaşadığı ünvana məktub göndərilərək məlumat veriləcək.

Lotereya barədə daha ətraflı buradan məlumatı buradan əldə edə bilərsiniz.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.