2007-ci ilin 15 İyul tarixində Azərbaycana onlayn ödəniş anlayışını gətirən GoldenPay şirkətinin fəaliyyətə başlamasından 15 il ötür. Hər il olduğu kimi, istifadəçilərini özəl təkliflərlə sevindirməyə tələsən GoldenPay, bu illər ərzində birgə olduğu istifadəçilərinə diqqət və təşəkkürünü çatdırmaq üçün hədiyyə dolu kampaniya başladıb. Kampaniyada 1-ci yerin qalibi iPhone 13 Pro, ikinci yerin qalibi Apple Watch Series 7, 3-cü yerin qalibi Apple AirPods 3 və müvafiq olaraq 4-cü yerin qalibi 200 AZN, 5-ci yerin qalibi 100 AZN və 6-15-ci yerlərin qalibləri isə, 50 AZN dəyərində Hesab Koin əldə edəcəklər.
Xeberler.az bildirir ki, kampaniya GoldenPay şirkətinin ən böyük məhsulu – Hesab.az onlayn xidmətlər platformasında ödəniş edən istifadəçilər üçün nəzərdə tutulub. Belə ki, 8-14 İyul tarixlərində Hesab.az saytı, yaxud mobil tətbiqində ödəniş edən istifadəçilər kampaniyaya qatıla bilərlər. Kampaniyada qalib olmaq üçün minimal ödəniş məbləğini gözləmək şərti ilə fərqli xidmət növləri üzrə daha çox ödəniş etmək lazımdır.
Kampaniya qaydaları ilə yaxından tanış olmaq üçün buraya keçid edin: https://bit.ly/3uzNyw9
İstifadəçilərini hər zaman xüsusi kampaniyalarla sevindirən GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.
Qeyd edək ki, 2011-ci ilin Aprel ayında GoldenPay şirkəti ölkənin ilk onlayn xidmətlər portalı – Hesab.az-ı yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür. Hesab.az-ın təqdim etdiyi növbəti xidmət - Hesab Travel isə istifadəçilərə sərfəli uçuş və otelləri təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri