Hesab.az və Silk way Bank-dan yeni hədiyyə kampaniyası

25-12-2015 / 17:48

Ödənişlərini Hesab.az-da SW Miles kartları ilə edən müştərilər səyahət imkanı qazanacaq.

Hesab.az-dan Xeberler.az-a verilən məlumata görə, Hesab.azSilk way Bank birgə yeni kampaniyaya başlayıb.

Belə ki, artıq Hesab.az portalında ödənişlərini SW Bank Miles kartları ilə aparan istifadəçilər bank tərəfindən ikiqat mil və ikiqat bonus qazanacaq. Miles kart sahiblərinin balansında müvafiq mil  toplandıqda  AZAL-dan pulsuz aviabiletlər əldə edəcəklər. Qazandıqları Hesab.az bonuslarını isə portalın təklif etdiyi hədiyyələrə dəyişə bilər.

Kampaniya çərçivəsində Hesab.az istifadəçilərinin  həm də SW Bank Miles kartlarını endirimlə sifariş etmək imkanı var. Portalın istifadəçilərinə Visa Classic Miles  karta – 15 faiz endirim, Visa Gold Miles karta  – 20 faiz endirim, Visa Platinum Mileskarta  – 25 faiz endirim ediləcək.

SW Bank Miles kartlarını www.hesab.az/miles ünvanından endirimlə əldə edə bilərsiniz.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.