Previous Next
Bağla

AZAL bonus kartlarında dəyişiklik edib

31-08-2015 12:58
AZAL bonus kartlarında dəyişiklik edib

Xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində AZAL Miles bonus proqramına yeniliklər tətbiq edib. Yeni sistemə miqrasiyaya 2015-ci il avqustun 1-də başlanılıb, bonus proqramının tam keçidinin 2015-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Bank Silk Way-ın mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, AZAL Miles-ın qaydaları müştərilərə daha faydalı və maraqlı proqram təqdim etmək üçün dəyişdirilmişdir.

Yeni təqdim edilən Millər, Səyahət Balları (Travel Points) ilə əvəz edilib. Səyahət Balları aviaşirkətin reysləri ilə uçuşlara və Bank Silk Way və AZAL Miles müştərək ko-brend kartları vasitəsilə alış-veriş/xidmət ödənişlərinə görə hesablanır. “Səyahət Balları” AZAL reyslərində aviabiletlər üzrə əsas tarifin ödənişi və xidmət sinfinin artırılması üçün istifadə oluna bilər.

Yeni bonus proqramının hazırlanması zamanı British Airways və Caribbean Airlines aviaşirkətlərinin təcrübəsindən istifadə edilmişdir. Öz proqramını işləyib hazırlayan Britaniyanın Loyalty Consulting UK konsaltinq şirkətidir.

AZAL Miles bonus proqramının mövcud iştirakçıları üçün balansda olan hər bir Mil bir “Səyahət Balı” ilə əvəz ediləcək. Müştərilərdən tələb olunan sadəcə qeydiyyat elektron poçt ünvanını təsdiq etməkdir. Yeni bonus proqramının işə salınması haqqında bildiriş müştərinin qeydiyyat elektron poçt ünvanına göndəriləcək.

Azal Miles proqramının iştirakçılarının iştirakçı güzəştlərindən yararlanmasını asanlaşdırmaq və onlara proqramda öz profilini idarə etmə imkanı verən yeni Azal Miles mobil proqramı təqdim edilmişdir.

Dəyişikliklər AZAL Miles partnyor proqramının yenilikləri ilə əlaqədardır. 2015-ci ilin sentyabrın 1-dən Bank Silk Way-ın Miles kartları üzrə ballar aşağıdakı şəkildə hesablanacaq.

Ölkəxarici əməliyyatlara görə balların (Travel Points) hesablanması şərtləri:

Visa Classic Miles kartı ilə ödəniş zamanı hər 5 AZN üçün 1 Travel Point
Visa / MC Gold Miles kartı ilə ödəniş zamanı hər 4,50 AZN üçün 1 Travel Point
Visa Platinum Miles kartı ilə ödəniş zamanı hər 4 AZN üçün 1 Travel Point.

Ölkədaxili əməliyyatlara görə balların (Travel Points) hesablanması şərtləri:

Visa Classic Miles kartı ilə ödəniş zamanı hər 10 AZN üçün 1 Travel Point
Visa / MC Gold Miles kartı ilə ödəniş zamanı hər 9 AZN üçün 1 Travel Point
Visa Platinum Miles kartı ilə ödəniş zamanı hər 8 AZN üçün 1 Travel Point.


 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hesab.az və Silk way Bank-dan yeni hədiyyə kampaniyası

25-12-2015

AZAL-Miles-ın bir sıra xidmətləri fəaliyyət göstərməyəcək

04-11-2019

AZAL reyslərində "Travel Pass" tətbiqinin sınaqdan keçirilməsi uzadılıb

16-08-2021

AZAL loyallıq proqramının yenilənməsini və rebrendinqini başa çatdırıb

03-09-2024

Azərbaycan Hava Yolları mobil əlavəsini təqdim edib

11-10-2019

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim edib

20-12-2024

Bakcell-dən daha bir yenilik

26-04-2017

Bakcell-dən Ulduzum abunəçiləri üçün daha bir yenilik

08-12-2016

Bakı-Naxçıvan-Bakı aviareyslərinə biletlər AZAL-ın saytından alına bilər

16-06-2022

Hesab.az şirkətlərlə əməkdaşlığı genişləndirir

23-09-2019

Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır!

05-05-2026

AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir

10-10-2024

ABB-eSİM xidməti istifadəyə verildi!

19-03-2026

AZAL sərnişinləri üçün onlayn qeydiyyat imkanlarını genişləndirir

08-08-2023

Onlayn ödənişlər zamanı Bakcell-dən bonuslar əldə edəcəksiniz

24-07-2015

IATA-nın yeni mobil əlavəsi Azərbaycanda tətbiq edilə bilər

14-05-2021

AZAL internet provayder xidməti göstərəcək

29-12-2025

Bakı-Nyu-York və əks istiqamətdə uçan sərnişinlər təyyarədə konkret yer seçə biləcək

14-04-2015

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09-01-2026

AZAL yeni onlayn xidmətini istifadəyə verib

07-07-2025

Hesab.az istifadəçilərinə yeni üstünlüklər təqdim edir

03-07-2020

Xalq Bankdan Hesab.az istifadəçilərinə yeni imkanlar

21-09-2015

Hesab.az ilə Xalq Bankdan yeni kampaniya

18-08-2020

Rusiya istiqamətində reyslərə yalnız mobil tətbiqi yükləyənlər buraxılacaq

20-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə