Huawei Bakıda yeni məhsullar təqdim edib

21-09-2017 / 10:45

Bakıda Huawei şirkətinin istehsalı olan yeni məhsullarının təqdimatı keçirilib.

Xeberler.az bildirir ki, təqdimat mərasimində Huawei-Azərbaycan şirkətinin baş icraçı direktoru Cao Zejun şirkətin fəaliyyəti haqqında məlumat verib.

Cao Zejun bildirib ki, Huawei şirkəti korporativ sosial məsuliyyətə daha çox fikir verir, o cümlədən tərəfdaş ölkələrdə IT sahəsində gənc istedadları üzə çıxarmaqda maraqlıdır. O vurğulayıb ki, Azərbaycan hökuməti informasiya və kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət ayırır və bu prosesdə Huawei də iştirak edir. HuaweiAzərbaycanda reallaşdırılan bir çox layihədə tərəfdaş qismində iştirak edir.

Daha sonra Huawei-Azərbaycan şirkətinin satış meneceri Elşən Abdulrəhimov şirkətin yeni məhsulları - Huawei P10 və P10 Plus haqqında təqdimatla çıxış edib.

Sonda tədbirin iştirakçıları arasında keçirilmiş lotereya qaliblərinə Huawei şirkəti tərəfindən hədiyyələr təqdim olunub.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.