Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) Çin Xalq Respublikasının “Huawei” şirkətinin Kompüter şəbəkələri laboratoriyası istifadəyə verilib.
Xeberler.az xəbər verir ki, açılış mərasimində BANM-in rektoru Elmar Qasımov çıxış edib. O, laboratoriyanın Bakı Ali Neft Məktəbi və “Huawei” şirkəti arasında 2019-cu ildə yaradılmış əməkdaşlıq çərçivəsində şirkətin dəstəyi ilə qurulduğunu vurğulayıb. Rektor Ali Məktəblə birgə fəaliyyət göstərən “Huawei” ICT Akademiyasının dərslərinin də bu laboratoriyada tədris olunacağı bildirib.
SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova laboratoriyanın açılmasının rəhbərlik tərəfindən yüksək qiymətləndirildiyini deyib. O, rəqəmsallaşmanın SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyasında prioritet inkişaf istiqamətlərindən biri olduğunu qeyd edib. Aygün Hüseynova ötən il SOCAR nümayəndə heyətinin Çin Xalq Respublikasına səfərini məmnunluqla xatırladaraq səfər çərçivəsində bir sıra görüşlərin keçirildiyini, o cümlədən “Huawei” rəhbərliyi ilə səmərəli danışıqların aparıldığını diqqətə çatdırıb.
Çinin Azərbaycandakı səfirliyinin müşaviri Din Tao ölkələrimiz arasındakı münasibətlərin sürətli inkişafından, Çin şirkətlərinin ölkəmizdəki fəaliyyətindən bəhs edib.
“Huawei” Azərbaycan şirkətinin baş meneceri David Hyu laboratoriyanın fəaliyyətə başlamasını uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq BANM-də yaradılan bu laboratoriya şəbəkələr, şəbəkə proqramlarının əsasları və informasiya təhlükəsizliyi üzrə dərsləri tədris etmək üçün mühüm platformadır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri