İKT layihələr üzrə qrant müsabiqəsinə maraq artıb

26-04-2017 / 13:39

Məlumat verdiyimiz kimi,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən İT layihələr üçün növbəti qrant müsabiqəsi elan edilib.

Belə ki, apelin 10-dan artıq müsabiqəyə qeydiyyat  başlayıb.

Bir məqamı qeyd edək ki, ötən qrant müsabiqələrində layihə rəhbərləri adətən müsabiqənin elan olunduğu ay yox, növbəti aydan müraciət etməyə başlayırdı.

Bu il isə müsabiqəyə daha çox maraq müşahidə edilir.

Fonddan Xeberler.az-a verilən məlumata görə, bu günə qədər artıq 10-dan çox layihə müsabiqə üçün qeydiyyatdan keçib.

Bildirilib ki, bu il ötən dövrlərlə müqayisədə müsabiqəyə daha da  maraq artıb.

Qeyd edək ki, müsabiqəyə müraciət edən  İKT sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə 5 prioritet istiqamətlər üzrə kiçikhəcmli qrantlar veriləcək.

Müsabiqəyə qeydiyyat aprelin 10-dan başlayır və iyunun 9-na qədər davam edəcək.  Layihələrin qəbulu üçün son tarix iyunun 9-da, saat 18:00-da başa çatacaq.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə