Previous Next
Bağla

Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

15-09-2016 13:30
Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 4-cü qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb.

Müsabiqə çərçivəsində Fonda 121 layihə təqdim edilib. Layihələr Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada təqdim olunub.

Müsabiqəyə təqdim edilmiş layihələrin  müsabiqənin qaydlarına uyğun olaraq ilkin –texniki ekspertizası aparılıb. Belə ki, Dövlət Fondunun əməkdaşları tərəfindən layihələrin tərtibatının Fondun Əsasnaməsinə uyğunluğu yoxlanılıb.

Fonddan Xeberler.az-a verilən məlumata görə, bu mərhələdən 112 layihə keçib.

Qeyd edək ki, müsabiqəyə təqdim olunmuş layihələrin prioritet istiqamətlər üzrə bölgüsü müvafiq olaraq 47, 25 və 49 (cəmi 121) olub.

 Fondun qrant müsabiqəsinə təqdim edilən layihələr 2 mərhələdə qiymətləndirlir.

Birinci mərhələ qeyd etdiyimiz kimi, başa çatıb və layihələr eskpertlərə göndərilib.

İkinci mərhələdə isə ilkin ekspertiza mərhələsindən keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçirilir. Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilir.

Qeyd edək ki, layihələr Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada təqdim olunub.

Müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə aparılıb:

1. e-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması;

2. innovativ İKT məhsulları nümunələrinin hazırlanması;

3. innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması istiqamətləri üzrə layihələrin qəbulu.

Fondun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qrant müsabiqəsində 121 startap mübarizə aparır

Qrant müsabiqəsində 121 startap mübarizə aparır

03-09-2016
 Qrant müsabiqəsinə neçə startap müraciət edib?

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

12-06-2017
Qrant müsabiqəsinə neçə startap müraciət edib?

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

02-05-2018
Qrant müsabiqəsinin 2-ci mərhələsindən 61 startap keçib

Qrant müsabiqəsinin 2-ci mərhələsindən 61 startap keçib

18-10-2016
Fond təqdim edilən layihələrin istiqamətlər üzrə statistikasını açıqladı

Fond təqdim edilən layihələrin istiqamətlər üzrə statistikasını açıqladı

12-11-2015
Qrant müsabiqəsinin qalib startapları nə vaxt açıqlanacaq?

Qrant müsabiqəsinin qalib startapları nə vaxt açıqlanacaq?

01-08-2017
Layihələrin ilkin qiymətləndirilməsi başa çatıb

Layihələrin ilkin qiymətləndirilməsi başa çatıb

23-11-2015
3-cü qrant müsabiqəsinə 130-a qədər layihə təqdim edilib

3-cü qrant müsabiqəsinə 130-a qədər layihə təqdim edilib

12-11-2015
Sabah qrant müsabiqəsinin qalib startapları müəyyənləşəcək

Sabah qrant müsabiqəsinin qalib startapları müəyyənləşəcək

20-10-2016
Qrant müsabiqəsinin ilkin mərhələsindən 103 layihə keçib

Qrant müsabiqəsinin ilkin mərhələsindən 103 layihə keçib

08-12-2015
Qrant müsabiqəsinə startapların qeydiyyatı  davam edir

Qrant müsabiqəsinə startapların qeydiyyatı davam edir

03-08-2016
Qrant müsabiqəsində qeydiyyatdan keçən startapların sayı açıqlandı

Qrant müsabiqəsində qeydiyyatdan keçən startapların sayı açıqlandı

01-09-2016
Qrant müsabiqəsində startapların qeydiyyatı başa çatır

Qrant müsabiqəsində startapların qeydiyyatı başa çatır

31-08-2016
3-cü  qrant müsabiqəsinin qalibləri açıqlanacaq

3-cü qrant müsabiqəsinin qalibləri açıqlanacaq

05-01-2016
Maliyyə axtaran startapların nəzərinə- 4 gün qaldı

Maliyyə axtaran startapların nəzərinə- 4 gün qaldı

26-04-2018
3-cü qrant müsabiqəsinə layihələrin qəbulu bu gün başa  çatır

3-cü qrant müsabiqəsinə layihələrin qəbulu bu gün başa çatır

10-11-2015
İT-nin İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edir

İT-nin İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edir

30-09-2015
Qrant müsabiqəsində 71 startap mübarizə aparacaq

Qrant müsabiqəsində 71 startap mübarizə aparacaq

21-08-2017
İT layihələr üçün qrant müsabiqəsinə qeydiyyat başlayıb

İT layihələr üçün qrant müsabiqəsinə qeydiyyat başlayıb

13-04-2017
Fond layihələrin qiymətləndirilməsini yekunlaşdırır

Fond layihələrin qiymətləndirilməsini yekunlaşdırır

29-12-2015
Dövlət Fondu layihələrin qəbul  müddətini uzadıb

Dövlət Fondu layihələrin qəbul müddətini uzadıb

29-10-2015
Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

05-04-2017
3-cü qrant müsabiqəsinin qalibləri  açıqlandı

3-cü qrant müsabiqəsinin qalibləri açıqlandı

01-02-2016
Startaplar üçün qrant müsabiqəsinə qeydiyyat başa çatır

Startaplar üçün qrant müsabiqəsinə qeydiyyat başa çatır

08-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə