İKT sahəsi üzrə qrant müsabiqəsinə necə müraciət etməli?–Şərtlər

06-04-2017 / 18:03

Məlumat verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib.

İclasda qeyd edilib ki, növbəti qrant müsabiqəsi aprelin  10-da elan olunacaq.

Fond müraciət qaydaları ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə 5 prioritet istiqamətlər üzrə kiçikhəcmli qrant müsabiqəsi aşağdakı istiqamətləri əhatə edir.

Mütərəqqi proqram təminatının hazırlanması;

İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;

İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;

Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;

İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

Məlumatda qeyd edilib ki, nüsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan layihələrə dair tələblər:

1. Hər bir layihə Fond tərəfindən müəyyən edilmiş istiqamətlərdən birinə uyğun olmalıdır;

2. Layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş “Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalıdır;

3.  Hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalıdır;

4.  Layihə rəhbəri cari müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak edə bilər.

Layihələrin qəbul qaydaları:

Layihələr yalnız Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) e-qrant bölməsi vasitəsilə elektron formada təqdim edilə bilər.

Qiymətləndirmə meyarları:

1.  Layihənin məqsəd və vəzifəsinin aydınlığı;

2.  Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə;

3. Layihənin kommersiyalaşdırılma potensialı;

4. Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması;

5. Layihənin innovasiya yönümlü olması və aktuallığı;

6. Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı;

7. Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı;

8.  Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması;

9. Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi;

10. Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti;

11. Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü;

12. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

Müsabiqəyə qeydiyyat aprelin 10-dan başlayır və iyunun 9-na qədər davam edəcək.  Layihələrin qəbulu üçün son tarix iyunun 9-da, saat 18:00-da başa çatacaq.

 Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.