Previous Next
Bağla

Startapların nəzərinə-Qrant müsabiqəsi başlayır

27-02-2018 10:00
Startapların nəzərinə-Qrant müsabiqəsi başlayır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu növbəti dəfə  kiçikhəcmli qrant müsabiqəsi elan edir.

Fonddan Xeberler.az-a verilən məlumata görə, müsabiqə aşağıdakı prioritet istiqamətlər üzrədir:

1     Mütərəqqi proqram təminatının hazırlanması;

2     İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;

3     İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;

4     Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;

5     İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

Müsabiqədə iştirak:

Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan layihələrə dair tələblər:

  1. Hər bir layihə Fond tərəfindən müəyyən edilmiş istiqamətlərdən birinə uyğun olmalıdır;
  2. Layihə Azərbaycan Respublikası Prezidentinin 853 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş “Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalıdır;
  3. Hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalıdır;
  4. Layihə rəhbəri cari müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak etməlidir.

Layihələrin qəbul qaydaları:

Layihələr yalnız Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) e-qrant bölməsi vasitəsilə elektron formada təqdim edilməlidir.

Təqdim edilmiş layihələr aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:

  1. Layihənin məqsəd və vəzifəsinin aydınlığı;
  2. Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə;
  3. Layihənin kommersiyalaşdırılma potensialı;
  4. Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması;
  5. Layihənin innovasiya yönümlü olması və aktuallığı;
  6. Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı;
  7. Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı;
  8. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq əsaslandırılması;
  9. Layihədə aparılan iqtisadi hesablamaların reallığı;
  10. Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti;
  11. Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü;
  12. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

Müsabiqənin müddəti:

Layihələrin qəbulu 1 mart 2018-ci il tarixdən başlayır və 30 aprel 2018-ci il tarixdə başa çatır.

Layihələrin qəbulu üçün son tarix: 30 aprel 2018-ci il, saat 18:00.

 Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Fondu II qrant müsabiqəsi elan etdi

14-10-2014

İKT sahəsi üzrə qrant müsabiqəsinə necə müraciət etməli?–Şərtlər

06-04-2017

İnformasiya Texnologiyalarının İnkişafı Fondu qrant müsabiqəsi elan edib

07-03-2014

İT-nin İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edir

30-09-2015

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

12-06-2017

Fond təqdim edilən layihələrin istiqamətlər üzrə statistikasını açıqladı

12-11-2015

Qrant müsabiqəsinə startapların qeydiyyatı davam edir

03-08-2016

3-cü qrant müsabiqəsinə layihələrin qəbul şərtləri açıqlandı

29-09-2015

Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

05-04-2017

Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

15-09-2016

Qrant müsabiqəsində 121 startap mübarizə aparır

03-09-2016

Qrant müsabiqəsində qeydiyyatdan keçən startapların sayı açıqlandı

01-09-2016

Fond layihələrin qiymətləndirilməsini yekunlaşdırır

29-12-2015

İTİDF-in qrant müsabiqələrində ixtira xarakterli layihələrə üstünlük veriləcək

20-09-2013

Qrant müsabiqəsində startapların qeydiyyatı başa çatır

31-08-2016

3-cü qrant müsabiqəsində hansı yeniliklər olacaq?

19-10-2015

3-cü qrant müsabiqəsinə layihələrin qəbulu bu gün başa çatır

10-11-2015

Maliyyə axtaran startapların nəzərinə- 4 gün qaldı

26-04-2018

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

02-05-2018

Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilir

23-06-2015

İT layihələr üçün qrant müsabiqəsinə qeydiyyat başlayıb

13-04-2017

İKT layihələr üzrə qrant müsabiqəsinə maraq artıb

26-04-2017

Startaplar üçün qrant müsabiqəsinə qeydiyyat başa çatır

08-06-2017

Layihələrin ilkin qiymətləndirilməsi başa çatıb

23-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə