Instagram-ın ən zəngin yeni istifadəçisi

15-08-2017 / 09:44

Bu yaxınlarda Instagram-a qatılan Apple-ın ardınca Bill Gates də son zamanların ən məşhur sosial şəbəkəsində qeydiyyatdan keçib.

 4 həftə əvvəl Amazon platformasının CEO-su Jeff Bezos da Instagram-da hesab açıb.

Bill Gates Instagram-a qatılaraq daha əvvəl "dünyanın ən zəngin insanı" adını daşıdığı kimi Jeff Bezos-un platformdakı məşhurluğunu də ikinci plana atacaq kimi görünür.

Xeberler.az Gates-in rəsmi hesabına istinadən məlumat verir ki, Tanzaniyadan paylaşdığı fotoşəkil ilə yalnız 2 gündə 180 mindən çox bəyənilən “thisisbillgates” hesabının gələcəyi parlaq görünür. Çünki Jeff Bezos 4 həftə əvvəl Instagram-a qatılmasına baxmayaraq yalnız 32 mindən çox izləyici toplaya bilib.

İlk paylaşımında Bill Gates və həyat yoldaşı Melinda Gates fondunun işlərindən bəhs edən Bill-in sonrakı paylaşımlarında hansı məsələləri diqqətə çatdıracağı maraqlıdır.

Melinda Gates də həyat yoldaşının Instagram-a gəlməsi ilə bağlı öz rəsmi hesabından belə paylaşım edib: 

Melinda Gates platformanın aktiv istifadəçilərindədir. O, Instagram-da daha çox həyata keçirdiyi işlər barədə paylaşımlar edir. 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.