Məlum olduğu kimi, bu gün texnologiji avadanlıqlar insanların işini olduqca rahatlaşdırır. Yeni texnologiyaların müsbət tərəfləri çox olsa da, bəzi mənfi təsirləri də özünü göstərir. Xüsusən də uşaqlar üçün bu kimi avadanlıqların təhlükəli olduğunu ekspertlər mütəmadi vurğulayıb.
Son vaxtlar texnologiyaların insanları özündən asılı vəziyyətə salması ən çox müzakirə edilən mövzulardandır. Bundan isə əksər vaxt daha tez təsirlənən azyaşlılar olur. Bu gün 1-ci sinif şagirdinin belə mobil telefonu və planşeti var.
Bəzən valideynlər uşaqlarının texnologiyalardan istifadəsində limiti müəyyən edə bilmir və bunun da nəticəsində uşaqların psixologiya, sağlamlığında ciddi problemlər yaranır.
Dünyanın texnologiya sektorundakı nəhənglərdən Bill Gates bununla bağlı fərqli fikirdədir.
Gates yeniyətmə çağında olan olan uşaqlarının texnologiyalardan istifadəsində bəzi məhdudiyyətlər olduğunu deyib.
Xeberler.az bildirir ki, Daily Mirror qəzetinə müsahibə verən Gates uşaqlarının başda telefon olmaqla bir çox texnoloji avadanlığa sahib olmaq istədiklərini, amma onlara yalnız 14 yaşında telefon aldıqlarını qeyd edib.
Saray kimi evdə yaşasalar da, Gates övladlarına texnoloji cihazlardan istifadədə bəzi qaydalar qoyub.
Onun sözlərinə görə, uşaqlar üçün ekrandan uzaq durması vacib olan bir vaxt təyin edilib. Belə ki, onlar qeyd edilmiş vaxtda yatmağa gedir.
Gates uşaqlarının texnoloji alətlərdən yalnız faydalı iş üçün istifadəsini dəstəkləyir.
14, 17 və 20 yaşlarında üç övladı olan Gates uşaqlarının ev tapşırıqları və yaxud da dostları ilə əlaqə saxlamaq üçün texnologiyadan faydalı şəkildə istifadəsini təmin etməyə çalışdıqlarını deyib:
“Evdə yemək yeyərkən masada mobil telefonlarına icazə vermirik. Uşaqlarımıza 14 yaşına gələnə qədər mobil telefon almadıq. Digər həmyaşıdlarına çox erkən yaşda mobil telefon alındığı mövzusunda davamlı şikayət edərdilər. Uşaqlarla keyfiyyətli zaman keçirmək olduqca əhəmiyyətlidir”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri