İT mütəxəssislər kibertəhlükəsizlik üzrə yarışacaq

15-05-2017 / 16:51

Məlum olduğu kimi, son dövrlər kiberhücumların sayı artıb. Belə ki, müxtəlif sahələr artıq kibercinayətkarlarla mübarizədə çətinlik çəkir.

Bu hücumlardan ən çox zərər çəkən isə bank sektordur. Belə ki, bu yaxınlarda Kaspersky Lab-ın apardığı araşdırmada növbəti 3 ildə bankların kiberfırıldaqçılıqla bağlı itkilərinin artacağı proqnozu verilib.

Məlumat verdiyimiz kimi, mayın 12-də isə  beynəlxalq kiber məkanda qlobal virus epidemiyası qeydə alınıb.

Bütün bunları nəzərə alaraq mayın 30-da Azərbaycanda ilk dəfə Kibertəhlükəsizlik Turniri keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, turnir iştirakçıları kibertəhlükəsizlik sahəsində öz bacarıq və güclərini sınayacaq.

Turnir Azərbaycanda keçirilən beynəlxalq yarışların İKT təminatını üzərinə götürən Eurodesign Cisco-nun birgə əməkdaşlığı çərçivəsində baş tutacaq.

Məlumata görə, yarışda Azərbaycan banklarının İT mütəxəssislərindən təşkil edilən komandalar yarışacaq.

Turnirə yerli mütəxəssislərlə yanaşı xarici eksepertlər də cəlb edilib.

Qeyd edilir ki, müsabiqədə İKT sahəsinin ekspertləri bu sahədə ən yaxşını seçəcək. Qaliblər isə xüsusi hədiyyələr ilə mükafatlandırılacaq.

Məlumatımıza görə, yarış bağlı qapılar arxasında olacaq, yəni tədbir ictimaiyyətə açıq olmayacaq. Belə ki, turnirdə yalnız dəvətnamə ilə iştirak etmək mümkündür.

Müsabiqə ilə maraqlananlar Eurodesign şirkəti ilə əlaqə saxlaya bilər.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.