Previous Next
Bağla

Robo Futbol turniri təşkil olunacaq

22-10-2018 17:09
Robo Futbol turniri təşkil olunacaq

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq təşkil ediləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində 28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən “Baku Open Cyber Cup” turniri keçiriləcək.

Xeberler.az  məlumat verir ki, turnir çərçivəsində Heydər Əliyev Mərkəzində “Xbox” platformasında “FIFA 19” və “Mortal Kombat” oyun növləri üzrə yarışlarla yanaşı, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən “Robo Futbol” turniri də təşkil olunacaq. Turnir robotexnikanın real imkanlarını nümayiş etdirməklə yeniyetmə və gənclərdə elm-texnikaya maraq oyadılmasına xidmət edir. Turnirdə seçilmiş ümumtəhsil məktəblərin komandaları onlara məxsus robotlarla iştirak edəcək.

Qeyd edək ki, robotlar müəyyən olunmuş çəki və ölçü limitlərini keçməməlidir. Belə ki, hündürlük 22 santimetrdək, çəki limiti isə 1 kiloqram olmalıdır. Eyni zamanda, robotlar yalnız “leqo” parçalarından istifadə edilərək hazırlanmalıdır. İştirakçılar yarışa komanda şəklində qatılacaqlar. Qaydaya görə, komandada iştirakçıların sayı 2 və ya 3 nəfər olmalıdır. Komandaların hər biri iki avtonom robotla yarışa bilər. Bu robotlar “Dünya Robot Olimpiadası” standartlarına uyğun masada infraqırmızı şüalar ötürən topu təqib edərək rəqib komandanın qapısından keçirməlidir.

Oyunlar hər biri 5 dəqiqə olmaqla, iki hissədən ibarət olur. Yalnız final oyunu 10 dəqiqə ola bilər. Komandalar final mərhələsinə keçmək üçün əvvəlcə qrup mərhələsini adlamalıdır. Qrupda hər qalibiyyət 3 xal, bərabərlik 1, məğlubiyyət isə 0 xalla qiymətləndirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Baku Open Cyber Cup turniri keçirildi

29-10-2018

Kiber idman turnirinə qeydiyyat başlanır

11-10-2018

Azərbaycanda ilk dəfə beynəlxalq İnnovasiyalar həftəsi keçiriləcək

26-09-2018

“Baku Cyber Cup 2020” onlayn kiber idman turniri keçirilib

19-12-2020

Heydər Əliyev Mərkəzinin parkında İnnoFest Village təşkil edilib

01-06-2019

Bakcell-in dəstəyilə futzal turniri təşkil edilib

24-11-2017

“Bakcell” yeni layihəyə start verib

24-12-2010

ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıdıb

20-04-2026

Bakıda futbol üzrə kiber çempionat keçiriləcək

12-04-2019

Azercell müştəriləri arasında I Futbol Turniri elan edir

12-09-2017

Çində robot insan rekordunu üstələyib

05-05-2026

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

22-05-2019

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

ABB-nin dəstəyi ilə uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü olub

02-05-2025

III Robot Olimpiadasının qalibləri müəyyənləşib

08-06-2019

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

KATV1 Çempionat iştirakçılarını genişzolaqlı internetlə təmin edəcək

01-09-2016

“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

13-02-2025

Dünya Robot Olimpiadasının finalçıları üçün düşərgə təşkil ediləcək

15-07-2019

Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək

21-08-2018

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018

“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri açıqlandı- Fotolar

22-05-2015

Fintex startaplar üçün qeydiyyat başladı

09-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə